. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müzəffər Qiyas oğlu Baxışov prezidentliyə namizəd Qulamhüseyn Surxay oğlu Əlibəylinin səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində öz təşəbbüsü ilə Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini irəli sürmüş Qulamhüseyn Surxay oğlu Əlibəyli tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Baxışov Müzəffər Qiyas oğlu səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxsin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxsin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 53-cü maddələrinə və “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın 1.1-ci bəndinə əsasən   q ə r a r a   a l ı r :

1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Müzəffər Qiyas oğlu Baxışov prezidentliyə namizəd Qulamhüseyn Surxay oğlu Əlibəylinin səlahiyyətli nümayəndəsi kimi qeydə alınsın.

2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası