. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Qulamhüseyn Surxay oğlu Əlibəylin namizədliyinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Qulamhüseyn Surxay oğlu Əlibəyli  öz təşəbbüsü ilə 15 oktyabr 2008-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizədliyini irəli sürmüşdür.
11 avqust 2008-ci ildə namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma apararaq irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 53-cü maddələrinə əsasən  q ə r a r a   a l ı r :

    1.2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyi təsdiq edilsin.

    2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

     

    Sədr                                                                                                  Məzahir Pənahov

    Müavin                                                                                              Svetlana Qasımova

    Katib                                                                                                 Natiq Məmmədov

    Üzvlər:

    Fuad Cavadov

    Ramiz İbrahimov

    Validə Kazımova

    Qabil Orucov

    Tofiq Həsənov

    İlham Məmmədov

    Nizami Nadirov

    Azər Tağıyev

    Tamam Cəfərova

    Rövşən İsmayılov

    Akif Qurbanov

    Almas Qəhramanlı

    Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası