. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


Xalid Həmdi oğlu Nəbiyevin 17 saylı Yasamal üçüncü, Anar Salman oğlu Əliyevin 29 saylı Səbail, Elşən Rafiq oğlu Vəlibəyovun 52 saylı Quba, Yusif Baxşalı oğlu Hüseynovun 84 saylı Füzuli, Fuad Mayıl oğlu Zeynalovun 105 saylı Tovuz, Aynur Zakir qızı Axundovanın 106 saylı Tovuz – Qazax – Ağstafa, Göyərçin Qarahəsən qızı Həziyevanın və Sahilə Təbriz qızı Mehdiyevanın 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürmüş Azərbaycan Ümid Partiyası, qurultayının 31 iyul  2008-ci il tarixli 2.3 və 2.5 saylı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ali Məclisinin  3 iyul 2008-ci il tarixli 2 və 3 saylı, Azərbaycan Liberal-Demokrat Partiyası, Rəyasət Heyətinin 31 iyul 2008-ci il tarixli 9 saylı, Müasir Müsavat Partiyası, Siyasi Şurasının 31 iyul 2008-ci il tarixli 1/3 saylı Qərarları ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr, habelə “Yaşıl Siyasət” təşəbbüs qrupunun prezidentliyə namizəd irəli sürdüyü Gülalıyev Mayıs Gülalı oğlu tərəfindən səlahiyyətli nümayəndə təyin edilmiş, həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4, 52-ci maddələrinə və “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”ın 1-ci bəndinə əsasən     q ə r a r a      a l ı r :

1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
1.1. Səlahiyyətli nümayəndələr:
- Azərbaycan Ümid Partiyası sədrinin birinci müavini Fuad Binnət oğlu Qocayev;
- Azərbaycan Ümid Partiyası sədrinin müavini Ənvər Sərdar oğlu  Ağazadə;
- Azərbaycan Ümid Partiyası İcra Aparatının sədri Nəsimi Əhməd oğlu Məmmədli.
1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
- Azərbaycan Ümid Partiyası Ali Məclisinin sədr müavini Rabil Cəfərxan oğlu Cəfərov;
- Azərbaycan Ümid Partiyası sədrinin köməkçisi Bəybala Əşrəf oğlu Əliyev.

2. Aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:
2.1. Səlahiyyətli nümayəndələr:
- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elçin Əbdülrəhim oğlu Mirzəbəyli;
- AMEA Tarix İnstitutunun elmi işçisi Vaqif Şirin oğlu  Abışov;
- 6 saylı Hüquq məsləhətxanasının vəkili Telman Sadət oğlu İbrahimov.

2.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:
- İlqar Əlixan oğlu Məmmədxanov;
- Mahir Həmzə oğlu Zeynalov.

3. Aşagıdakı şəxslər Azərbaycan Liberal Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
3.1. Səlahiyyətli nümayəndə:
- Zaur Həsənbəyoviç Hacıyev.

3.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
- Şəmsi Çingiz oğlu Hüseynov.

4. Aşağıdakı şəxslər Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:
4.1. Səlahiyyətli nümayəndə:
- Müasir Müsavat Partiyası sədrinin birinci müavini Aydın Müseyib oğlu Alıyev.

4.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:
- Müasir Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yusif Rza oğlu Hacıyev.

5. Prezidentliyə namizəd Gülalıyev Mayıs Gülalı oğlunun səlahiyyətli nümayəndəsi:
- Məmmədov Namiq Məmmədhəsən oğlu.6.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

.

Sədr                                                                                                   Məzahir Pənahov

Müavin                                                                                                Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər                                                                                                 Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası