. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov  Nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilsinAzərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov  Nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 97-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə”yə uyğun olaraq seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına  və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında Komissiya üzvlərindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Azərbaycan Respublikası Milli Bankının və s. orqanların mütəxəssislərindən ibarət tərkibdə Nəzarət-təftiş xidməti yaradılmalıdır.Nəzarət-təftiş xidmətinin rəhbəri xidmətin tərkibinə daxil edilmiş  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri sırasından təyin edilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2,  28.4, 97-ci maddələrinə və “Mərkəzi Seçki Komissiyası yanında nəzarət-təftiş xidməti haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən q ə r a r a   a l ı r :

1. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə Nəzarət-təftiş xidməti yaradılsın:
Ramiz İbrahimov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Rövşən İsmayılov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü;
Rasim Qasımov – Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyi Maliyyə şöbəsinin müdiri;
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi;
Azərbaycan Respublikası Milli Bankının nümayəndəsi.

2.Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov  Nəzarət-təftiş xidmətinin rəhbəri təyin edilsin.

3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                                                                                   Məzahir Pənahov

Müavin                                                                                                Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər                                                                                                 Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası