Xalid Həmdi oğlu Nəbiyevin 17 saylı Yasamal üçüncü, Anar Salman oğlu Əliyevin 29 saylı Səbail, Elşən Rafiq oğlu Vəlibəyovun 52 saylı Quba, Yusif Baxşalı oğlu Hüseynovun 84 saylı Füzuli, Fuad Mayıl oğlu Zeynalovun 105 saylı Tovuz, Aynur Zakir qızı Axundovanın 106 saylı Tovuz – Qazax – Ağstafa, Göyərçin Qarahəsən qızı Həziyevanın və Sahilə Təbriz qızı Mehdiyevanın 120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermənin nəticələrinə dair dairə və məntəqə seçki komissiyalarının yekun protokollarının nümunələrinin forma və məzmunu Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1 və 100.2-ci maddələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 avqust 2008-ci il tarixli 9/39-4 və 9/39-5 saylı qərarları ilə təsdiq edilmiş müvafiq İzahlarla müəyyən olunmuşdur.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.1, 100.3-100.8-ci maddələrinin tələblərinə görə, səsvermə protokollarının hazırlanması qaydası, onların sayı, hazırlanmasına aid tələblər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə səsvermə gününə ən geci 45 gün qalmış təsdiq edilməli, səsvermə gününə ən geci 30 gün qalmış müvafiq qaydada hazırlanmalıdır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 25.2.6, 25.2.11, 28.2, 28.4 və 100-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. 2008-ci il oktyabrın 15-ə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar, dairə və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokollarının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən olunmuş nümunələrinin forma və məzmununa uyğun olaraq hər biri bir-bir və müvafiq olaraq ardıcıl nömrələnməklə, seçki dairəsinin sayına uyğun seriyaları göstərilməklə, 3 nüsxədən ibarət, hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında, mövcud seçki dairələri və seçki məntəqələri üçün, onların sayına uyğun olaraq, səsvermənin nəticələrinə dair müvafiq seçki komissiyalarının protokolları Azərbaycan Respublikasının Milli Məclisi Aparatının mətbəəsində çap edilsin.
1.1Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
Akif Qurbanov
Almas Qəhramanlı
Oktay Hümbətli
|