. :MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI


2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslərin Yeni Azərbaycan Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınması haqqinda

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyası, İdarə Heyətinin 2 avqust 2008-ci il tarixli 25 saylı iclasının Qərarı ilə səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin etmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, həmin şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 52-ci maddələrinə əsasən q ə r a r a   a l ı r:

1. 2008-ci il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində aşağıdakı şəxslər Yeni Azərbaycan Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar:

1.1. Səlahiyyətli nümayəndələr:
- Yeni Azərbaycan Partiyası sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu  Əhmədov;
- Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu  Qurbanov.

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə
- Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Siyavuş Dünyamalı oğlu  Novruzov.

 

 Sədr                                                                                                   Məzahir Pənahov

Müavin                                                                                                Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər                                                                                                 Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

Akif Qurbanov

Almas Qəhramanlı

Oktay Hümbətli


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası