Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat
üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti
həyata keçirən Mətbuat qrupunun 15 oktyabr 2008-ci il tarixə
təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin
seçkilərində seçkiqabağı təşviqatla əlaqədar Ümid Partiyasının
səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 2 oktyabr 2008-ci il
15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatın aparılmasında baş vermiş qanun pozuntusu ilə bağlı Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlidən 28.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət Mətbuat qrupu tərəfindən araşdırılaraq müəyyən edildi:
Səlahiyyətli nümayəndə müraciətində göstərir ki, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmiş prezidentliyə namizəd Hafiz Ələmdar oğlu Hacıyev 26 sentyabr 2008-ci il tarixdə İctimai Radioda keçirilən “Dəyirmi masa”da çıxışı zamanı namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış namizəd İqbal Fehruz oğlu Ağazadənin ünvanına böhtanlar söyləmiş və onun şərəf və ləyaqətini təhqir edən mülahizələr səsləndirmişdir.
Müraciətdə konkret olaraq böhtan və təhqirin nədən ibarət olması barədə açıqlama verilmir. Mövcud cinayət-prosessual qanunveruiciliyi ilə müəyyən edilmişdir ki, böhtan və təhqir xüsusi ittiham qaydasında baxılan işlər kateqoriyasına aiddir və bununla bağlı zərərçəkmiş şəxsən məhkəməyə müraciət etməlidir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88.8-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına daxil olmuş seçki hüququnun pozulması ilə əlaqədar şikayətlərə baxılmasna dair” Təlimata əsasən Mətbuat qrupu rəyə gəlir:
- Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədliyə müvafiq cavab verilərək izah edilsin ki, müraciətdə göstərilən məsələ ilə bağlı prezidentliyə qeydə alınmış namziəd şəxsən məhkəməyə müraciət etməlidir.
- Rəy dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.
Mətbuat qrupunun rəhbəri Azər Tağıyev |