. : MƏTBUAT QRUPU TƏRƏFİNDƏN BAXILMIŞ MÜRACİƏTLƏR

 

Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat
üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti
həyata keçirən Mətbuat qrupunun 15 oktyabr 2008-ci il tarixə
təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin
seçkilərində seçkiqabağı təşviqatla əlaqədar Ümid Partiyasının
səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti üzrə

RƏYİ

 

Bakı şəhəri                                                           2 oktyabr 2008-ci il

 

         15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatın aparılmasında baş vermiş qanun pozuntusu ilə bağlı Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlidən 28.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət Mətbuat qrupu tərəfindən araşdırılaraq müəyyən edildi:
Səlahiyyətli nümayəndə müraciətində göstərir ki, Seçki Məcəlləsinin 80.4-cü və 80.7-ci maddələrinin tələblərinə uyğun olaraq 17 sentyabr 2008-ci il tarixdə prezidentliyə namizədlərin İctimai televiziya və radioda  efir vaxtının bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiyasında püşkatma keçirilərək  namziədlərin çıxış sıraları müəyyənləşmiş və buna dair protokol tərtib edilmişdir. Protokoldakı qaydalar Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edilmişdir.  Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən  irəli sürülmüş qeydə alınmiş prezidentliyə namizəd Hafiz Ələmdar oğlu Hacıyev 26 sentyabr 2008-ci il tarixdə İctimai Radioda keçirilən “Dəyirmi  masa”ya qəsddən vaxtında gəlməmiş, nəticə etibarilə protokolla müəyyənləşdirilmiş növbəsində deyil, bütün namizədlər danışdıqdan sonra çıxış etmişdir. Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədli xahiş edir ki, baş vermiş qanun pozuntusu ilə bağlı qanuna müvafiq tədbir görülsün.
Araşdırma zamanı İctimai Radionun nümayəndəsinin arayışı dinlənilmiş və  müəyyən edilmişdir ki, qeydə alınmiş prezidentliyə namizəd Hafiz Ələmdar oğlu Hacıyev və eləcə də İctimai Radio tərəfindən göstərilən qanun pozuntusuna yol verilməmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88.8-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına daxil olmuş seçki hüququnun pozulması ilə əlaqədar şikayətlərə baxılmasna dair” Təlimata əsasən  Mətbuat qrupu rəyə gəlir:

  1. Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti əsassızdır.
  2. Rəy dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

 

Mətbuat qrupunun rəhbəri                                          Azər Tağıyev

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası