Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün
müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən
Mətbuat qrupunun 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatla əlaqədar Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovun müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 22 sentyabr 2008-ci il
15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatın aparılmasında baş vermiş qanun pozuntusu ilə bağlı Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əli Əhmədovdan 15.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət Mətbuat qrupunun 18 sentyabr və 22 sentyabr tarixli iclaslarında araşdırılaraq müəyyən edildi:
Səlahiyyətli nümayəndə müraciətində göstərir ki, Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə zidd olaraq, Ümid Partiyasından namizədliyi irəli sürülmüş və qeydə alınmiş prezidentliyə namizəd İqbal Ağazadənin seçkiqabağı təşviqat materialı qanunda nəzərdə tutulan müddətdən öncə, yəni sentyabrın 17-dən əvvəl bölgələrdə yayılıb.
Araşdırma zamanı Ümid Partiyasının səlahiyyətli nümayəndəsinin məsələyə münasibəti və eləcə də, çıxış edən qrup üzvlərini rəyi nəzərə alınaraq müəyyən edilmişdir ki, Ümid Partiyası tərəfindən prezidentliyə namziəd İqbal Ağazadəni təbliğ edən kompakt disk ölkədə qanunda nəzərdə tutulan müddətdən əvvəl yayılmış və bununla da Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələbi pozulmuşdur. .
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88.8-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına daxil olmuş seçki hüququnun pozulması ilə əlaqədar şikayətlərə baxılmasna dair” Təlimata əsasən Mətbuat qrupu rəyə gəlir:
- Ümid partiyasının rəhbərliyinə xəbərdarlıq olunaraq tapşırılsın ki, seçkiqabağı təşviqat apararkən Seçki Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə ciddi əməl etsinlər.
- Rəy dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.
Mətbuat qrupunun rəhbəri Azər Tağıyev
|