Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat üçün
müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti həyata keçirən
Mətbuat qrupunun 15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatla əlaqədar Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti üzrə
RƏYİ
Bakı şəhəri 22 sentyabr 2008-ci il
15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatın aparılmasında baş vermiş qanun pozuntusu ilə bağlı Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlidən 18.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət Mətbuat qrupu tərəfindən araşdırılaraq müəyyən edildi:
Səlahiyyətli nümayəndə müraciətində göstərir ki, yüksək partiya və dövlət vəzifəsində çalışan şəxslər 17 sentyabr 2008-ci ildə Yeni Azərbaycan Partiyasının Bibi-Heybət meydanında keçirilən kütləvi tədbirdə seçkiqabağı təşviqatla məşğul olaraq seçki qanunvericiliyinin tələbini pozmuşlar.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.13-cü maddəsinin tələbinə görə, seçkiqabağı təşviqat vətəndaşın və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə(səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyətdir. Müraciətdə həmin şəxslərin məhz qanunda göstərilən bu fəaliyyətlə məşğul olmaları barədə heç bir məlumat verilməmiş, habelə bununla bağlı heç bir sübüt müəyyən edilməmişdir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88.8-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına daxil olmuş seçki hüququnun pozulması ilə əlaqədar şikayətlərə baxılmasna dair” Təlimata əsasən Mətbuat qrupu rəyə gəlir
- Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Nəsimi Məmmədlinin müraciəti əsassızdır.
- Rəy dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.
Mətbuat qrupunun rəhbəri Azər Tağıyev |