. : MƏTBUAT QRUPU TƏRƏFİNDƏN BAXILMIŞ MÜRACİƏTLƏR


Mərkəzi Seçki Komissiyası nəzdində seçkiqabağı təşviqat
üçün müəyyən olunmuş qaydalara riayət edilməsinə nəzarəti
həyata keçirən Mətbuat qrupunun 15 oktyabr 2008-ci il tarixə
təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin
seçkilərində seçkiqabağı təşviqatla əlaqədar Ümid Partiyasının
səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciəti üzrə

RƏYİ

Bakı şəhəri                                                           26 sentyabr 2008-ci il

         15 oktyabr 2008-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqatın aparılmasında baş vermiş qanun pozuntusu ilə bağlı Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadədən 18.09.2008-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət Mətbuat qrupu tərəfindən araşdırılaraq müəyyən edildi:
Səlahiyyətli nümayəndə müraciətində göstərir ki, Müasir Müsavat Partiyası tərəfindən  Mərkəzi Seçki Komissiyasına məşvərətçi səshüquqlu  komissiya üzvü kimi təyin edilmiş Baxışəliyev Faiq Nəsir oğlu qanunun tələblərini pozaraq 17 sentyabr 2008-ci il tarixdə saat 21.00-da İctimai Radioda keçirilən “Dəyirmi  masa”da təşviqat  aparmışdır və xahiş edir ki, baş vermiş qanun pozuntusu ilə bağlı qanuna müvafiq tədbir görülsün.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 74.4-cü maddəsi ilə seçkiqabağı təşviqatın aparılması seçki komissiyasının məşvərətçi səshüquqlu üzvlərinə birbaşa qadağan edilmir.
Belə ki, həmin məcəllənin 74.4.3-cü maddəsinin tələbinə görə, seçkiqabağı təşviqatın aparılması seçki komissiyalarına, seçki komissiyalarının həlledici səshüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə qadağan edilir.
Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 88.8-ci maddəsinə və “Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına daxil olmuş seçki hüququnun pozulması ilə əlaqədar şikayətlərə baxılmasna dair” Təlimata əsasən  Mətbuat qrupu rəyə gəlir:

  1. Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Ənvər Ağazadənin müraciəti əsassızdır.
  2. Rəy dərc olunsun (internet səhifəsində yerləşdirilsin) və surəti müraciət etmiş şəxslərə göndərilsin.

Mətbuat qrupunun rəhbəri                                          Azər Tağıyev


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası