2.1. əhalisinin sayı 99.999-dan çox (100.000-dən 299.999-dək) olan və 19 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan bələdiyyə üzrə irəli sürülmüş namizəd seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 50 min mislinin 3 faizi;
2.2. əhalisinin sayı 49.999-dan çox (50.000-dən 99.999-dək) olan və 17 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan bələdiyyə üzrə irəli sürülmüş namizəd seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 37.500 mislinin 3 faizi;
2.3. əhalisinin sayı 19.999-dan çox (20.000-dən 49.999-dək) olan və 15 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan bələdiyyə üzrə irəli sürülmüş namizəd seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 25 min mislinin 3 faizi;
2.4. əhalisinin sayı 9.999-dan çox (10.000-dən 19.999-dək) olan və 13 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan bələdiyyə üzrə irəli sürülmüş namizəd seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 12.500 mislinin 3 faizi;
2.5. əhalisinin sayı 4.999-dan çox (5.000-dən 9.999-dək) olan və 11 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan bələdiyyə üzrə irəli sürülmüş namizəd seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 7.500 mislinin 3 faizi;
2.6. əhalisinin sayı 4.999-dan az olan və müvafiq olaraq 9, 7 və 5 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulan bələdiyyə üzrə irəli sürülmüş namizəd seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min mislinin 3 faizi məbləğində könüllü qeydiyyat depozitinin köçürülməsi barədə bank sənədi təqdim edilə bilər. Həmin sənəddə ödənişin təyinatı, yəni "qeydiyyat depoziti üçün" sözləri yazılmalıdır.
3. Namizəd qeydə alınmazsa, qeydiyyatdan imtina
haqqında qərarın surətini aldıqdan sonra 3 gün müddətində namizəd,
namizədi irəli sürmüş siyasi partiyanın rəhbər orqanı, siyasi partiyalar bloku nümayəndələrinin iclası könüllü qeydiyyat depozitinin geri qaytarılmaması şərtilə namizədin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınması barədə müraciət (bu Təlimata 1 saylı əlavə) edə bilər. Bu halda, dairə seçki komissiyası namizədi 2 gün müddətində qeydə alır.
3.1. Namizəd qeydiyyat depoziti hesabına qeydə alınmadıqda, dairə seçki komissiyası tərəfindən qeydəalma və ya qeydəalmadan imtina barədə müvafiq qərar qəbul edildikdən sonra 3 gün müddətində könüllü qeydiyyat depoziti namizədə, namizədi irəli sürmüş siyasi partiyaya, siyasi partiyaların blokuna qaytarılır.
3.2 Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar blokunun qeydə alınmış namizədi məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəlik və ya iştirakı mümkünsüz edən digər səbəblər nəticəsində seçki kampaniyası dövründə onların sağlamlıqları pozularsa və həmin əsaslarla namizədlik geri götürülərsə, qeyd edilən hallar məcburedici əsaslar olduğundan könüllü qeydiyyat depoziti geri qaytarılır.
3.3. Namizəd bələdiyyə üzvü seçilərsə və seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplayarsa, qeydiyyat depoziti seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra 3 gün müddətində müvafiq dairə seçki komissiyası tərəfindən namizəd olmuş şəxsə qaytarılır. Namizəd seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplaya bilməzsə, könüllü qeydiyyat depoziti geri qaytarılmır.
3.4. Bu Təlimatın 3.2-ci bəndində göstərilən əsaslar olmadan qeydə alınmış namizədin namizədliyi geri götürülərsə, könüllü qeydiyyat depoziti geri qaytarılmır.
______
Qeyd: Seçkilər təyin edildikdən dərhal sonra, Mərkəzi Seçki Komissiyası bu Təlimatın 2-ci bəndində nəzərdə tutulan məbləğləri seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinə nisbətdə hesablayıb, seçki keçirilən dairə seçki komissiyalarına göndərir.