. : TƏLİMATLAR

 

Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
08 oktyabr 2004-cü il tarixli
22/147 saylı Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində səsvermənin nəticələri haqqında dairə seçki komissiyasının bələdiyyə üzrə yekun protokolunun doldurulması qaydası haqqında

İ Z A H

 

(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/121 saylı Qərarı ilə təsdiq edilmiş əlavə və dəyişikliklərlə)

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.7-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edildikdən sonra sədrin tapşırığı ilə komissiyanın üzvləri təqdim olunan sənədlərin bu İzahın 1-ci bəndinin  tələblərinə cavab verib-vermədiyini, səsvermənin nəticələrində (protokol üzrə) uyğunsuzluğun olub-olmadığını yoxlayırlar. Bundan sonra səsvermənin nəticələrinə aid məlumatlar dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir.
Diqqət: Protokolun karandaşla yazılmasına və onda hər hansı bir düzəliş edilməsinə icazə verilmir. Rəsmi protokolda düzəliş edilməsinə icazə verilmədiyinə görə, əvvəlcə onun qaralama nüsxəsi tərtib olunmalıdır.
Dairə seçki komissiyası protokolunun “Bələdiyyə üzrə məntəqə seçki komissiyalarının sayı” sətrində müvafiq seçki dairəsi üzrə yaradılmış seçki məntəqələrinin sayı göstərilir. 
“Bələdiyyə üzrə məntəqə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokolların sayı” sətrində səsvermənin baş tutmadığı seçki məntəqələri istisna olmaqla, digər məntəqə seçki komissiyalarından təqdim edilmiş protokolların sayı göstərilir.
“Bələdiyyə üzrə dairə seçki komissiyası protokolunun tərtib edilməsi üçün əsas götürülmüş məntəqə seçki komissiyaları protokollarının sayı” sətrində (səsvermənin nəticələrinin etibarsız hesab edildiyi seçki məntəqələri məntəqə seçki komissiyalarının təqdim etdikləri protokollar istisna olunmaqla) səsvermənin baş tutduğu seçki məntəqələrindən daxil olan protokolların sayı göstərilir.
“Bələdiyyə üzrə səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı” sətrində səsvermənin baş tutduğu, lakin səsvermənin nəticəsi etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı göstərilir.
“Bələdiyyə üzrə səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı” sətrində təbii fəlakət, qarşısı alınmayan digər hadisələr, polisin 6 saatdan artıq asayişi bərpa edə bilməməsi və sair səbəblərdən səsvermənin baş tutmadığı hallarda yekun protokolu tərtib edilməyən seçki məntəqələrinin sayı göstərilir.
Protokol  aşağıdakı qaydada doldurulmalıdır.
Protokolun 1-ci bəndi – Bələdiyyə üzrə seçicilərin ümumi sayı
    o cümlədən:
a) seçicilər siyahılarındakı seçicilərin sayı;
b) qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı.
Bu bəndə məntəqə seçki komissiyalarının yekun protokolunun birinci bəndindəki seçicilərin ümumi sayi və qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı daxil edilir. Bu bəndin “a” və “b” yarımbəndlərindəki rəqəmlərin cəmi 1-ci bənddə göstərilən saya bərabər olmalıdır.
Protokolun 2-ci bəndi Qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı
Məntəqə seçki komissiyaları protokollarının 2-ci bəndindəki rəqəmlər cəmlənərək, səsvermə gününə 45–25 gün qalanadək dairə seçki komissiyasında qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı da əlavə edilməklə  bu bənddə qeyd olunur.
Protokolun 3-cü bəndi Məntəqə seçki komissiyalаrına dairə seçki komissiyasından verilmiş zərflərin sayı
Dairə seçki komissiyası müvafiq akt tərtib etməklə, məntəqə seçki komissiyalarına seçki bülletenləri ilə birlikdə seçki bülletenlərini qoymaq üçün bərabər sayda zərf də verir. Həmin aktda göstərilən zərflərin sayı protokolun 3-cü bəndinə daxil edilir.
Protokolun 4-cü bəndi Məntəqə seçki komissiyalarına dairə seçki komissiyasından verilmiş seçki bülletenlərinin sayı (4=5+6+7)
Bu bəndə dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına müvafiq akt tərtib edilməklə verilmiş seçki bülletenlərinin həmin aktda əks olunmuş sayı daxil edilir.
Mötərizədəki tənlikdə (4=5+6+7) göstərildiyi kimi, bu bəndin rəqəmi  protokolun 5-ci, 6-cı və 7-ci bəndlərinin rəqəmlərinin cəminə bərabər olmalıdır.
Protokolun 5-ci bəndi – Möhürlənmiş zərf və bülleten alan seçicilərin sayı (5>11+12+14)
    o cümlədən:
a) səsvermə otaqlarından kənarda;
b) səsvermə otaqlarında (daimi seçici siyahılarında olan imzaların sayı + qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin (1b) sayı).
Bu  bəndə məntəqə üzrə səsvermə otaqlarında və səsvermə otaqlarından kənarda seçki bülleteni və zərf götürmüş seçicilərin sayı daxil edilir. Mötərizədə göstərilən bərabərlikdə (5>11+12+14) göstərildiyi kimi, bu bəndin rəqəmi protokolun 11-ci, 12-ci və 14-cü bəndlərinin rəqəmlərinin cəmindən çox və ya ona bərabər olmalıdır. Bu say eləcə də 5-ci bəndin “a”  və  “b” yarımbəndlərindəki rəqəmlərin cəmini verməlidir.
Protokolun 6-cı bəndi – İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 6-cı bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 7-ci bəndi - Korlanmış seçki bülletenlərinin sayı
Məntəqə seçki komissiyaları protokollarının 7-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd  olunur.
Protokolun 8-ci bəndi Seçki qutularında olan möhür-lənmiş zərflərin sayı (müəyyənləşdirilmiş formada olmayan zərflər istisna edilməklə) (8=9+10)
      o cümlədən:
a) daşınan seçki qutularında;
b) daşınmaz seçki qutularında;
Məntəqə seçki komissiyaları protokollarının 8-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur. Məntəqə seçki komissiyaları protokollarının həmin bəndinin “a” və “b” yarımbənlərində göstərilən rəqəmlərin cəmi protokolun müvafiq yarımbəndlərində qeyd edilir.
Protokolun 9-cu bəndi Etibarlı hesab edilmiş səslərin   sayı (içərisində qanunauyğun doldurulmuş bir ədəd müəyyən-ləşdirilmiş formada bülleten olan möhürlü zərflərin sayı)
Məntəqə seçki komissiyaları protokollarının 9-cu bəndindəki rəqəmlərin cəmi dairə seçki komissiyası protokolunun bu bəndində qeyd edilir. 
Protokolun 10-cu bəndi Etibarsız hesab edilmiş səslərin sayı (icərisində bir neçə bülleten olan möhürlü zərflərin sayı; icərisində heç bir işarə qoyulmayan və ya seçilməli olan bələdiyyə üzvlərinin sayından artıq namizədin lehinə səs verilmiş bülleten olan möhürlü zərflərin sayı; içərisində bülleten olmayan və ya müəyyənləşdirilmiş formada olmayan bülleten olan möhürlü zərflərin sayı)
Məntəqə seçki komissiyaları protokollarının 10-cu bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 11-ci bəndi Seçki qutularında olan möhür-lənmiş zərflərdəki seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
Məntəqə seçki komissiyaları protokollarının 11-ci bəndində göstərilən rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 12-ci bəndi – Seçki qutularında olan zərfə qoyulmamış seçki bülletenlərinin sayı (müəyyənləşdirilmiş formada olmayanlar istisna edilməklə)
o cümlədən:
a) daşınan seçki qutularında;
b) daşınmaz seçki qutularında;
Məntəqə seçki komissiyaları protokollarının 12-ci bəndindəki rəqəmlərin cəmi bu bənddə qeyd olunur. Məntəqə seçki komissiyaları protokollarının həmin bəndlərinin “a” və “b” yarımbənlərində göstərilən rəqəmlərin cəmi bu protokolun müvafiq yarımbəndlərində qeyd edilir.
Protokolun 13-cü bəndi Seçki qutularında olan möhür-lənməmiş zərflərin sayı
Məntəqə seçki komissiyaları protokolllarının 13-cü bənd-lərində göstərilən rəqəmlərin cəmi bu bənddə qeyd edilir.
Protokolun 14-cü bəndi Seçki qutularında olan möhür-lənməmiş zərflərdəki seçki bülletenlərinin sayı (müəyyən-ləşdirilmiş formada olmayanlar istisna edilməklə)
Məntəqə Seçki Komissiyaları protokollarının 14-cü bəndində göstərilən rəqəmlərin cəmi protokolun bu bəndində qeyd edilir.
Protokolun 15-ci bəndi – Etibarlı hesab edilmiş səslərin bələdiyyə üzvlüyünə namizədlər arasında bölünməsi 
Protokolun bu bəndində seçki bülleteninə daxil edilmiş bələdiyyə üzvlüyünə namizədlərin soyadı, adı, atasının adı Azərbaycan Respublikası Seçki Məcəlləsinin 237-ci maddəsinin tələbi nəzərə alınmaqla seçki bülletenindəki  ardıcıllıqla, əlifba sırası ilə yazılır və hər bir namizədin lehinə verilmiş səslərin sayı sözlə və rəqəmlə göstərilir. Məntəqə seçki komissiyalarının protokollarındakı hər bir namizədin lehinə verilmiş səslərin cəmi dairə seçki komissiyasının protokolunda həmin namizədin lehinə verilmiş səslərin sayı qrafasında sözlə və rəqəmlə qeyd edilir. Cədvəlin sonunda səslərin cəmi yazılır və bu rəqəm protoklun 9-cu bəndində göstərilən etibarlı səslərin sayına  bərabər və ya bundan çox olmalıdır. Əks halda, protokol etibarsız sayılmalıdır.
Protokolun 16-cı bəndiBələdiyyə üzvü seçilmiş namizədlər
Protokolun bu bəndinə bələdiyyə üzvlüyünə seçilmiş namizədlərin soyadı, adı, atasının adı qeyd edilir.
Protokol tərtib edilərkən hər bir bəndin məlumatı ayrı-ayrılıqda göstərilməklə,  sözlə və rəqəmlə yazılır.
Protokolun komissiya üzvləri tərəfindən boş və ya tam doldurulmamış halda imzalanması qadağandır. Protokolla bütövlükdə və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan məntəqə seçki komissiyasının üzvü protokola özünün xüsusi rəyini əlavə edə bilər. Belə halda o, protokolu imzalamır.
Bələdiyyənin ərazisi bir neçə seçki dairəsinin ərazisini əhatə edirsə, həmin bələdiyyələr üzrə səsvermənin nəticələri MSK-nın müəyyən etdiyi qaydada həll olunur.
Dairə seçki komissiyası protokolunun 1-ci nüsxəsi, seçki dairəsi üzrə səsvermənin nəticələrinin yekun cədvəli, habelə səsvermə günü dairə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar (belə şikayətlər yoxdursda, dairə seçki komissiyasının aktı), dairə seçki komissiyası tərəfindən zərflərin və seçki bülletenlərinin alınması haqqında akt (bu İzaha 1 saylı əlavə), seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə) (bu İzaha 2 saylı əlavə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) (bu İzaha 3 saylı əlavə), “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü  istifadə edilməmiş zərflərin sayı haqqında” akt (bu İzaha 4 saylı əlavə) əlavə edilməklə dərhal, lakin səsvermə günündən 2 gündən geç olmayaraq dairə seçki komissiyası sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərinin müşaiyəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır.
Sənədləri təqdim edən dairə seçki komissiyasının sədrinə Mərkəzi Seçki Komissiyası tərəfindən “Azərbaycan Respublika-sında bələdiyyə seçkilərində yekun seçki sənədlərinin dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına verilməsi haqqında” arayış verilir (bu İzaha 5 saylı əlavə).


Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səs vermək üçün seçki bülletenlərinin və zərflərin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında akt (1 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində  istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (2 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməmiş vəsiqələrin ləğv edilməsi haqqında akt (3 saylı əlavə)

Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü  istifadə edilməmiş zərflərin sayı haqqında akt (4 saylı əlavə)

Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yekun seçki sənədlərinin dairə seçki komissiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına verilməsi haqqında arayış (5 saylı əlavə)


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası