. : TƏLİMATLAR

 
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
16 iyul 2003-cü il tarixli
15/87 saylı Qərarı ilə təsdiq edilmişdirA


Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi haqqında

TƏLİMAT

1. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərində, Azərbaycan Respublikası Prezidentinin seçkilərində, Azərbaycan Respublikasında bələdiyyə seçkilərində və Referendumda Dövlət avtomatlaşdırılmış informasiya sistemindən (DAİS) istifadə edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin 110-cü maddəsi ilə müəyyən olunur.
2. DAİS-dən seçkilər (referendum) keçirilərkən, o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin siyahıları tərtib edilərkən: səsvermənin nəticələri və seçkilərin yekunları haqqında müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və yenidən işlənib hazırlanmasında istifadə oluna bilər.
3. DAİS-in funksiyalarını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzi yerinə yetirir. Dairə və məntəqə seçki komissiyalarında isə həmin vəzifələr müvafiq komissiyaların yanında kompüter operatoru (operatorları) rəhbərliyi “Seçkilər” İnformasiya Mərkəzi həyata keçirir.
4. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46.11-ci və 46.12-ci maddələrinə əsasən Azərbaycan Respublikası üzrə seçicilərin vahid siyahısı DAİS-dən istifadə etməklə Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib olunur. DAİS-ə daxil edilmiş seçicilər haqqında məlumatların yayılmasında dövlət təminat verir və bu məlumatların yayılmaması üçün “Seçkilər” İnformasiya Mərkəzi məsuliyyət daşıyır.
5. DAİS-dən və ya ayrılıqda onun texniki vasitələrindən istifadə edilməsinə nəzarət məqsədilə müvafiq seçki komissiyası öz qərarı ilə seçki komissiyasının nəzarət qrupu yaradır. Nəzarət qrupu avtomatlaşdırılmış vasitələr kompleksinin işə hazır olmasını, seçki komissiyalarının protokolarından çıxarılan və sistemə verilən, eləcə də protokola əlavə edilən məlumatların düzgünlüyünü yoxlayır, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə, bu Təlimata və başqa normativ sənədlərə əməl olunmasına, müvafiq seçki komissiyasının reqlamentinə və təqdim planına əsasən DAİS-dən istifadə edilməsi üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış informasiya sistemləri sahəsindəki mütəxəssisləri öz işinə cəlb edə bilər.
6. Nəzarət qrupu üzvlərinin aşağıdakı hüquqları vardır:
• texniki rabitə kanalı ilə müvafiq seçki komissiyasına verilən hər hansı məlumatla tanış olmaq;
• DAİS-in texniki sənədləşdirilməsi ilə əlaqədar və sistemin bütün texniki heyətinin hərəkətlərinə aid izahat tələb etmək;
• əllə və texniki vasitələrlə işlənmiş mülumatları müqayisə etmək;
• hərəkətləri qanuna zidd olduqda, sistemin işçi heyətinin hər hansı biri və ya müşahidəçilər barədə seçki komissiyasının sədrinə məlumat vermək və pozuntuların qaldırılması, yaxud həmin pozuntulara yol vermiş şəxslərin kənarlaşdırılması barədə təklif vermək.
Nəzarət qrupunun keçirdiyi yoxlamanın nəticələri müvafiq seçki komissiyasının cari sənədlərində əks olunmalıdır.
7. Seçki komissiyalarının bütün üzvlərinin, müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin DAİS-ə daxil edilən və oradan çıxarılan hər hansı məlumatla, operatorun (operatorların) işinə mane olmamaq və hər kəsin şəxsi toxunulmazlıq hüququnu gözləmək şərtilə tanış olmaq hüququ vardır.
8. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə seçki komissiyalarının protokolları imzalananadək, aşağı seçki komissiyalarının yuxarı seçki komissiyalarına məlumat verməsi əsasında müvafiq seçki komissiyaları DAİS-dən səsvermənin gedişi və nəticələri müşahidə etmək üçün istifadə edirlər. Bu müddətdə yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsi qadağındır.
9. Nəzarət qrupları səsvermənin gedişi və seçkilərin nəticələri barədə məlumatların DAİS-ə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi hesabat saatlarına uyğun olaraq, seçicilərin artan yekunla səsverməsi nəzərə alınmaqla təxirəsalınmadan təqdim etməlidir. Məlumatlar eyni hesabat saatlarına uyğun olaraq hissə-hissə də ötürülə bilər.
10. Səsvermənin gedişi və onun nəticələri barədə DAİS fasitəsilə alınan məlumatlar hüquqi əhəmiyyət daşıyan ilkin məlumatlar hesab olunur.
11. Seçki komissiyalarından alınan məlumatlar dərhal kompüterə daxil edilir və printerdə çap olunaraq, rəsmi təsdiqlənmək üçün nəzarət qrupuna bu Təlimata əlavə edilmiş formaya uyğun olaraq təqdim edilir. Nəzarət qrupunun üzvləri və məlumatın hazırlanması (verilməsi) üçün məsul olan şəxs məlumatların düzgünlüyünü imzaları ilə təsdiq etdikdən sonra məlumat “Seçkilər” İnformasiya Mərkəzinə ötürülür.
12. Seçki komissiyasının katibində saxlanılan seçki komisiyasının protokoluna DAİS-ə daxil edilmiş məlumatların kompüter vasitəsi ilə çap olunmuş mətni əlavə edilir.

Forma 1

DÖVLƏT AVTOMATLAŞDIRILMIŞ İNFORMASİYA SiSTEMİNDƏN SEÇKİLƏRDƏ (REFERENDUMDA) İSTİFADƏ EDİLMƏSİ HAQQINDA

T Ə L İ M A T A
Ə L A V Ə

______ saylı seçki dairəsi (ərazisi) üzrə səsvermənin gedişi haqqında

saat ________ olan məlumat

Seçki məntəqələri Seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı Seçki bülleteni alan seçicilərin sayı

Seçki məntəqələri

Seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı

Seçki bülleteni alan seçicilərin sayı

1.

 

 

2.

 

 

3.

 

 

4.

 

 

5.

 

 

6.

 

 

7.

 

 

8.

 

 

9.

 

 

 

 

Cəmi:

 

 

Məlumatı hazırlayan məsul şəxs: ______________ _________
soyadı, adı, atasının adı imza

Nəzarət qrupunun üzvləri: _____________ _________
soyadı, adı, atasının adı imza

_____________ ________

______________ __________


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası