. : TƏLİMATLAR


Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 24 iyun 2006-cı il tarixli
30/115 saylı Qərarı ilə təsdiq edilmişdir.

Namizədliyin irəli sürülməsi və qeydə alınması zamanı təqdim olunan sənədlərdə,
habelə imza vərəqələ
rində olan məlumatların düzgünlüyünün seçki komissiyaları tərəfindən yoxlanılması

Q A Y D A L A R I

Müvafiq seçki komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyasının namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin Seçki Məcəlləsinə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlamaq hüququ vardır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.1-ci maddəsi).
Müvafiq seçki komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 75 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onlar rəy hazırlayarkən imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.
Müvafiq seçki komissiyası imza vərəqələri yoxlanılarkən namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırmaqla, iştiraklarını təmin edə bilər.
İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.4-cü maddəsi).İmza vərəqələri müvafiq seçki komissiysına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmıır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozuntu haqqında müvafiq qeydlər aparılsın (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.5-ci maddəsi).
İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.6-cı maddəsi).
Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar qeyri-düzgün hesab edilir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7-ci maddəsi):
- müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzalari (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.1-ci maddəsi);
- namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);
- Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi);
- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar(Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi);
- imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).
İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtıə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.8-ci maddəsi).
İmza vərəqələrin imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayıllır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.9-cu maddəsi).
Seçki Məcəlləsinin 59.7–59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.11-ci maddəsi).
Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.12-ci maddəsi).
Hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir (2 saylı əlavənin forma və məzmununa uyğun). Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzaıarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi, qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.13-cü maddəsi).

I mərhələ – Namizədliyin irəli sürülməsi

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə, namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq və ya imtina barədə qərar təqdim edir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53.6-cı və 54.9-cu maddələri).

Sənəd və məlumatların yoxlanılması mümkün olan orqan və qurumların siyahısı:
Namizədə aid tələblər:
Məlumat:  Seçki Məcəlləsinin 212-ci maddəsinə əsasən
a) Azərbaycan Respublikasının vətəndaşı olması;
b) seçkilər günü 21 yaşının  tamam olması (seçki günü də daxil olmaqla) və yaşının 21-dən yuxarı olması;
c) müvafiq seçki dairəsində daimi yaşaması.
a, b) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi  şəhər və ya rayon polis idarələrinin müvafiq qey-diyyat və şəxsiyyət vəsi-qəsi şöbələri.c) mənzil istismar sahəsi və ya müvafiq İcra nümayəndəliyi.

Namizəd özü tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı olan sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:
a) bələdiyyəyə namizədliyin irəli sürülməsinə dair bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 1saylı əlavəyə uyğun);
b) öhdəlik barədə ərizə  (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 3 saylı əlavəyə uyğun);
Səlahiyyətli nümayəndə təyin edilibsə:
c) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(lərin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 5 saylı əlavəyə uyğun);
d) namizədliyin irəli sürülməsi prosedurunun Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə uyğunluğu.

c) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Yoxlanılmalı məlumatlar:  

Bildirişdəki yoxlanılmalı məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü).


a, b, ç) Azərbaycan Res-publikası Daxili İşlər Na-zirliyi  şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) mənzil istismar sahəsi və ya müvafiq icra nümayəndəliyi;
d) şəxsin əmək münasibət-lərində olduğu qurum  və şəxslər; müvafiq vergi      orqanları.
Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d)əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü);


a, b, f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması.

c) mənzil istismar sahəsi, müvafiq icra nümayəndə-liyi;
ç)  müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi, respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsi ilə.
d) şəxsin əmək münasi-bətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları.
e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat–Sorğu İnformasiya İdarəsi.
g, ğ) Azərbaycan Respubli-kasının Daxili İşlər Nazirliyi.

Deputatlığa namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsinin yoxlanılması:  
a) Vəkalətnamənin qanunauyğunluğu
a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.
Namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı olan sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu:  
a) namizədin və ya namizədlərin irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı əlavəyə uyğun).
b) namizədin və ya namizədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 53-cü maddəsinə uyğun tərtib olunmuş öhdəlik ərizəsi(ləri). (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 3 saylı əlavəyə uyğun);
c) seçicilərin təşəbbüs qrupunun yaradılması barədə yığıncağın protokolu (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 4 saylı əlavəyə uyğun);ç) namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.
c) protokolu təsdiq edən fiziki və hüquqi şəxs və ya yığıncağın keçirilməsi üçün yer ayırmış, yaxud protokolu öz mohürü ilə təsdiq etmiş subyekt.
Namizəd və ya namizədlər tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə:  
a) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin(nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi.
a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.
Bildirişdəki yoxlanılmalı məlumatlar:  

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü);
e) təşəbbüs qrupu üzvlərinin soyadı, adı, atasının adı;
ə) yaşayış yerinin ünvanı;
f) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

g) təşəbbüs qrupu üzvlərinin imzası və tarix.
a, b, ç, e, f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin şəhər və ya rayon polis  idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

c, ə) mənzil istismar sahəsi və ya müvafiq  icra nümayəndəliyi;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.
Təşəbbüs qrupunun nümayəndəsi təyin edilibsə:
a) nümayəndənin soyadı, adı, atasının adı;
b) yaşayış yerinin ünvanı;
c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
ç)bildirişin verilmə tarixi.
a, c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyiin şəhər        və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;b) mənzil istismar sahəsi və ya müvafiq  icra nümayəndəliyi.
Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:
 

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) təhsili;
ç) yaşayış yerinin ünvanı;
d)əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü);
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması;
h) imzası.


a, b, f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər         və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi; Respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;
ç) mənzil istismar sahəsi və ya
müvafiq  Icra nümayəndəliyi;
d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;
e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat–Sorğu İnformasiya İdarəsi; 
g, ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi.


Namizəd siyasi partiyalar tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən
yoxlanılmali sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu:
 

a) siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;
b) siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;
c) namizəd və ya namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanın iclasının) qərarı və müvafiq iclasın protokolu;
ç) namizədin və ya namizədlərin irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı əlavəyə uyğun).
d) siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı;
(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş Təlimatın 2 saylı əlavəsinin forma və məzmununa uyğunluğu (bu siyahı həm də Mərkəzi Seçki Komissiyasına verilir).
e) səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı;
ə) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş 6, 6”A” saylı əlavələrə uyğun);
f) namizədin (namizədlərin) razılıq ərizəsi(ləri) (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/107 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı əlavəsinin forma və məzmununa uyğunluğu);
g) namizədliyin irəli sürülməsi prosedurunun ganunauyğunluğu.

a, b) Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru;c, d,e,f)Siyasi partiyanın        ali orqanı və ya icra aparatı;
ə) vəkalətnaməni təsdiq etmiş notariat kontoru;

Bildirişdəki yoxlanılmalı məlumatlar:  
a) namizəd və ya namizədlərin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü);
a, b,c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat  və şəxsiyyət vəsiqəsi şöbələri;
d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.
Səlahiyyətli nümayəndələr barədə yoxlanılmalı məlumatlar:  
a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) səlahiyyəti.
a) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
b) müvafiq siyasi partiya və ya notariat orqanı.
Razılıq barədə ərizədəki yoxlanılmalı məlumatlar:  

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) təhsili;
d) əsas iş və ya xidmət yeri (bu olmadıqda, fəaliyyət növü);
Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməlii olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
f) Azərbaycan Respublikasının vətəndaşı olması;
g) xarici ölkə vətəndaşlığının olub-olmaması;
ğ) başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması;
h) imzası.  

a, b, f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c) mənzil istismar sahəsi və ya müvafiq Icra nümayəndəliy;i
ç) müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsi ilə.
d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat–Sorğu İnformasiya Idarəsi;
g, ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi.
Namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə:
Mərkəzi Seçki Komissiyasına təqdim edilməli sənədlər:

 
(Azərbaycan Respublikası Seçki Məcəlləsinin 50-ci maddəsinə müvafiq olaraq siyasi partiyalar blokunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən sənədləri Azərbaycan Respublikası Seçki Məcəlləsinə uyğun formada Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. (Aşağıdakılar Mərkəzi Seçki Komissiyası tərəfindən yoxlanıla bilər).        
 

a) bloka daxil olan siyasi partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətləri;
b) bloka daxil olan siyasi partiyaların bloka daxil olmaq barədə sazişi;
c) siyasi partiyaların bloka daxil olmaq haqqında qərarları;
ç) siyasi partiyalar blokunun tam və qısa adı bəradə məlumat;
d) siyasi partiyalar bloku öz emblemini də təsdiq etmək üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər;
e) səlahiyyətli nümayəndələrin, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə bloka daxil olan siyasi partiyaların və ya siyasi partiya nümayəndəsinin birgə iclasının qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanının qərarı;
ə) blokun yaradılması haqqında siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və həmin partiyaların möhürləri ilə təsdiqlənmiş birgə qərar.
f) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107 saylı Qərarı ilə təsdiq edilmiş 3 saylı əlavənin forma və məzmununa uyğunluğu);
g) siyasi partiyaların maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin siyahısı (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107 saylı Qərarı ilə təsdiq edilmiş 3”A” saylı əlavənin forma və məzmununa uyğunluğu);
ğ) səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubu(ları). (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il  saylı 28/107 Qərarı ilə təsdiq edilmiş 4 saylı əlavəsinin forma və məzmununa uyğunluğu);
h) maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin (nümayəndələrin) razılıq məktubu(ları). (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı Qərarı ilə təsdiq edilmiş 5 saylı əlavənin forma və məzmununa uyğunluğu).

a) Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi və ya nizamnaməni təsdiq etmiş notariat kontoru;b, c, ç, d, e,ə) Siyasi partiyaların bloka daxil olan rəhbər orqanları

f, g,ğ,h) siyasi partiyanın ali orqanı və ya icra aparatı.

Namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə dairə seçki komissiyasına təqdim edilməli sənədlər, habelə namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğunun yoxlanılması:

 

a) siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultayının (konfranslarının, rəhbər organının iclasının) namizəd və ya namizədlər irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
b) namizədin və ya namizədlərin irəli sürülməsinin təsdiq edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı əlavənin forma və məzmununa uyğunluğu)
c) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı Qərarı ilə təsiq edilmiş Təlimatın 3 saylı əlavənin forma və məzmununa uyğunluğu) ;
ç) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il 28/106 saylı Qərarı ilə təsdiq edilmiş 6 və 6”A” saylı əlavələrə uyğun);
d) namizədin razılıq ərizəsi (Mərkəzi Seçki Komissiyasının 7 iyun 2006-cı il tarixli 28/107  saylı qərarı ilə təsdiq edilmiş 2 saylı əlavənin forma və məzmununa uyğunluğu).

a,c) Siyasi partiyaların ali orqanı          və ya icra aparatı;
ç) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Bildirişdəki yoxlanılmalı məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;
d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü);

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat  və şəxsiyyət vəsiqəsi şöbələri; d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:
f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;
g) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməlii olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;
ğ) Azərbaycan Respublikasının vətəndaşı olması:
h) xarici ölkə vətəndaşlığının olub-olmaması;
x) başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması;
i) İmza və tarix.

ç) müvafiq ali təhsil müəssisəsi  və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsi ilə;
e) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;
ə) siyasi partiyanın ali orqanı               və ya icra aparatı;
f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat–Sorğu İnformasiya İdarəsi;
ğ, h) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Səlahiyyətli nümayəndələr barədə yoxlanılmalı məlumatlar:
a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) səlahiyyəti.

  


a) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
b) müvafiq siyasi partiyalar bloku və ya notariat orqanı.

Səlahiyyətli nümayəndənin razılıq məktubundakı yoxlanılmalı məlumatlar:
a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;
b) doğum tarixi;
c) yaşayış yerinin ünvanı, telefon nömrəsi;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi;
d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda, fəaliyyət növü);
e) imza və tarix.


a, b, ç) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis  idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.
c) mənzil istismar sahəsi və ya        müvafiq icra nümayəndəliyi;
d) şəxsin əmək münasibət-lərində olduğu qurum və şəxslər; müvafiq vergi  orqanları

II mərhələ - Namizədliyin qeydə alınması məsələsinin həlli:
 
İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 105 və ən azı 70 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsi):

- irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);
- seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.2.-ci maddəsi);
- Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.3);
- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə  məlumat (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.4-cü maddəsi);
- mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.5-ci maddəsi);
- namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsaitlər göstərilməklə) (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1.6-cı maddəsi);
Namizədin qeydə alınması üçün müvafiq seçki sənədləri təqdim edilərkən eyni zamanda qeydiyyatı həyata keçirən seçki  komissiyasının hesabına müvafiq seçki fondunun yuxarı həddinin 3 faizi məbləğində könüllü qeydiyyat depozitinin köçürülməsi barədə bank sənədi təqdim edilə bilər (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.5-ci maddəsi).
Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.4-cü maddəsinə və 1 saylı əlavənin forma və məzmununa uyğun).
Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir. Siyasi partiyanın, siyasi partiayalar blokunun irəli sürdüyü namizəd qeydə alındıqda müvafiq seçki komissyası qeydiyyat barəsində qərarında namizədin müvafiq siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürüldüyünü göstərir. Qeydiyyat barədə və ya qeydiyyatdan imtina barəsində qərarda onun qəbul olunduğu tarix və vaxt göstərilir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.1-ci maddəsi).

Namizədin qeydə alınması barədə qərarın surəti müvafiq seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizdəd irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməli, qeydiyyatdan imtina olunubsa, həm də bunun əsasları göstərilməlidir (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2-ci maddəsi).

 
İmza toplayan subyektlər:  
a) namizədin özü;
b) seçici imzalarını müqavilə əsasında toplayan şəxslər;
c) siyasi partiya və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri.
 
İmza toplayan subyektlərə aid tələblər:  

a) 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan Respublikası  vətəndaşı;
b) imza toplamağa hüququ olması;
c) imza toplamış şəxsin soyadı, adı, atasının adı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, sənədin verilmə tarixi.

a, b, c,ç) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarə-lərinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində bu Qaydalara uyğun yoxlanmalıdır.
İmza toplanmasına dair tələblər və onların yoxlanılmasının mümkünlüyü:  

1) əgər imzaları namizəd özü toplayıbsa, yalnız özü haqqında məlumatlar və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması; 
2) əgər imzaları səlahiyyətli nümayəndə toplayıbsa, onun haqqında məlumatlar və vəkalətnaməyə dair tələblərin bu Qaydalara uyğun olması;
3) əgər imzalar müqavilə əsasında digər şəxs tərəfindən toplanıbsa, onda tərəflər arasında olan müqavilənin mövcud olması və qanunauyğunluğu, həmin şəxs haqqında məlumatlar,  imza toplayan şəxsə ödənilən məbləğə dair təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid tələblərə uyğunluğu və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;
4) əgər imzalar siyasi partiya və ya siyasi  partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən toplanıbsa, onun siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi olması barədə təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

     Qeyd: siyasi partiya və siyasi partiyalar bolku tərəfindən namizəd irəli sürülərkən  təqdim edilmiş məlumatların düzgün olmamasına görə yaranan Seçki Məcəlləsinin 60.2-ci maddəsində göstərilmiş əsas o vaxt tətbiq edilə bilər ki, səhv məlumatlar namizədin təqsiri üzündən təqdim edilmiş olsun.

1) namizəd haqqında olan məlumatlar və həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu bu Qaydalara uyğun yoxlanilmalıdır;
2) səlahiyyətli nümayəndəyə aid olan məlumatlar və həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və səlahiyyəti bu Qaydalara müvafiq yoxlanılmalıdır;
3) müqavilə onu təsdiq edən orqan, ödəniş müvəkkil bank  vasitəsilə, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu isə bu Qaydalara  uyğun yoxlanilmalıdır;
4) Səlahiyyət səlahiyyəti təsdiq edən orqan vasitəsilə, imza toplayan subyektə aid tələblərə cavab verməsi isə bu Qaydalara uyğun yoxlanilmalıdır.

1) irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri
İmza vərəqəsinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən 17 avqust 2004-cü il tarixli 13/76 saylı Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1 və 1”A” saylı əlavəsi ilə müəyyən olunmuş forma və məzmununa uyğunluğu.

 

İmza vərəqəsində yoxlanılması mümkün olan məlumatlar:

1. Seçki dairəsinin adı
2. Seçiciyə aid olan məlumatlar və tələblər:

a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;
b) doğulduğu il ( 18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)
c) yaşayış yerinin ünvanı;
ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;
d) imza və onun qoyulduğu tarix.
e) seçki günü 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olması;
ə) aktiv seçki hüququna malik olması:
f) namizədin irəli sürüldüyü seçki dairəsinin ərazisində daimi yaşaması;
g)amizədliyin müdafəsi üçün imza və onun qoyulması tarixinin yalnız seciçiyə məxsus olması;
ğ) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

    Qeyd: namizədin müdafiəsi üçün imza  qoyulması hüququ yalnız seçicinin özünə məxsusdur.

a, b, ç, e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;
c,f ) mənzil istismar sahəsi və ya müvafiq İcra nümayəndəliyi;
g) qanunla müəyyən olunmuş qaydada.

3. Namizədə aid məlumatlar:
a) namizədin soyadı, adı, atasının adı;
b) şəxsi imzası;

  1. imzanın qoyulduğu tarix;

ç) namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin nömrəsi və adı;
d) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;
e) Azərbaycan Respublikasının vətəndaşı olması;
ə) xarici ölkə vətəndaşlığının olub-olmaması;
f) başqa ölkələr qarşısında öhdəliklərin olub-olmaması;
g) əgər namizədi siyasi partiya və ya siyasi partiyalar bloku irəli sürübsə, imza vərəqəsində siyasi partiyanın  və ya siyasi partiyalar blokunun adı.

a, e) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;b) şəxsin özü vasitəsi ilə.
ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əməliyyat – Sorğu İnformasiya İdarəsi;
ə, f) Azərbaycan Respub-likası Daxili İşlər Nazirliyi
g) Mərkəzi Seçki Komissiyası;müvafiq siyasi partiyanın icra və ya ali orqanı.
3. İmza toplamış şəxsə aid məlumatlar və tələblər:
a) şəxsin soyadı, adı, atasının adı;
b) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;
c) şəxsin imzası və imzanın qoyulduğu tarix;
ç) 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşı olması;
d) aktiv seçki hüququna malik olması;
e) imza toplamağa səlahiyyəti olması.
a, b, ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;c) şəxsin özü vasitəsilə,Qanuna və bu Qaydalara uyğun

Seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokol:

a) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14 iyun 2006-cı il tarixli 29/111 saylı Qərarı iilə təsdiq edilmiş protokolun forma və məzmununa uyğunluğu;
b)  Protokolun 2 nüsxədə olub-olmaması.

 

 Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildirişdəki yoxlanılmalı məlumatlar:

Müvafiq məlumatlara və onların yoxlanılması qaydalarına uyğun.

 Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə yoxlanılmalı məlumatlar:
(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü il tarixli 16/99 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaya 1 və 2 saylı əlavələrin forma və məzmununa uyğun):

 

a) əsas iş yerindən əmək haqqı barədə arayış;
b) mükafat və maddi yardım haqqında arayış;
c) mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir haqqında arayış;
ç) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış;
d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış.
Qeyd: bu məlumatlar müvafiq komissiyalar tərəfindən göstərilən orqanlara və şəxslərə müraciət etmək yolu ilə əldə edilə bilər.

a, b, c, ç, d)  şəxsin əmək  və müqavilə münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.


 Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə (Azərbaycan Respublikası Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun forma və məzmunda) məlumat

 Daşınmaz əmlak:

 

a) torpaq sahəsi;
b) yaşayış sahəsi;
c) mənzillər;
ç) bağlar;
d) qaraj və digər bina, tikili və avadanlıq.

a, b, c, ç, d) Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi, onun yerli qurumları     və ya müvafiq bələdiyyə orqanları.

Nəqliyyat vasitələri:
a) minik avtomobilləri;
b) yük avtomobilləri;
c) digər nəqliyyat vasitələri.

a, b, c) Dövlət Yol Polisi İdarəsi.
Namizədin ilkin maliyyə hesabatı
a) namizədin seçici imzalarının toplanmasının təşkilinə sərf etdiyi vəsait (məbləğ göstərilməklə).
a) müvəkkil bank.

Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası