|
aaa
88 saylı Göyçay seçki dairəsinin Qaraməryəm bələdiyyəsi üzrə dairə seçki komissiyasının protokolunun etibarsız hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2006-cı il oktyabrın 6-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 239-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Qaraməryəm bələdiyyəsinə seçkilərlə əlaqədar 88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyası tərəfindən seçkilərin yekunları müəyyən edilən zaman həmin bələdiyyənin 2 seçki məntəqəsi olmasına baxmayaraq, yalnız 1 seçki məntəqəsi əsas götürülərək, digəri isə nəzərə alınmadığından, həmin bələdiyyə üzrə dairə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolu etibarsız hesab edilsin.
2. Həmin bələdiyyə üzrə seçkilərin yekunlarının müəyyən olunması müvafiq olaraq həmin bələdiyyənin ərazisində fəaliyyət göstərmiş 88 saylı Göyçay seçki dairəsinin 8 saylı və 123 saylı Kəlbəcər seçki dairəsinin 59 saylı seçki məntəqələri məntəqə seçki komissiyalarının protokolları əsasında həyata keçirilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov |