|
aaa
97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsinin dairə seçki komissiyasının protokolunun etibarsız hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2006-cı il oktyabrın 6-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 239-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Yalnız 1 seçki məntəqəsi olan 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsinin dairə seçki komissiyası tərəfindən Qasımbəyli bələdiyyəsi üzrə səsvermənin nəticələri müəyyən olunan zaman səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokoluna səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyası protokolundan fərqli olaraq səhv rəqəmlər daxil edildiyindən dairə seçki komissiyasının həmin protokolu etibarsız hesab edilsin.
2. Qasımbəyli bələdiyyəsi üzrə seçkilərin yekunları 97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsinin 17 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının protokolu əsasında müəyyən edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|