. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

aaa

Bəzi məntəqə və bələdiyyələr üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2006-cı il oktyabrın 6-da keçirilmiş bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 239-cu və 240.2-ci maddələrinə uyğun olaraq     q ə r a r a    a l ı r :

1. Gürgan-Pirallahı bələdiyyəsinə seçkilərlə əlaqədar 13 saylı Əzizbəyov birinci seçki dairəsinin 21 saylı, Buzovna bələdiyyəsinə seçkilərlə əlaqədar həmin seçki dairəsinin 1, 10, 11, 13, 15, 16, 17, habelə  124 saylı Şuşa – Füzuli – Xocalı – Xocavənd seçki dairəsinin 8 saylı, Uzunboyad və Məliklər bələdiyyələrinə seçkilərlə əlaqədar 54 saylı Dəvəçi – Siyəzən seçki dairəsinin 21 saylı, Lerik bələdiyyəsinə seçkilərlə əlaqədar 78 saylı Lerik – Lənkəran seçki dairəsinin 2 saylı, İmişli bələdiyyəsinə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsinin 1, 13 və 15 saylı, Kiş bələdiyyəsinə seçkilərlə əlaqədar 115 saylı Şəki kənd ikinci seçki dairəsinin 3 saylı seçki məntəqələri üzrə səsvermə və onun nəticələrinin müəyyən edilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyən etməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 13 saylı Əzizbəyov birinci seçki dairəsi üzrə Buzovna, 54 saylı Dəvəçi – Siyəzən seçki dairəsinin Uzunboyad və Məliklər bələdiyyələri üzrə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsində nəzərdə tutulan hüquqi nəticə yarandığından, həmin bələdiyyələr üzrə seçkilərin nəticələri etibarsiz hesab edilsin.

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                  Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası