. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

aaa

Seçicilərin səsverməyə dəvət olunması haqqında bildirişin, bələdiyyə seçkilərində qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi blanklarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi haqqında” Akt nümunəsinin təsdiq edilməsi və
Mərkəzi Seçki Komissiyasının bəzi qərar və sənəd formlarının qüvvədən düşməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq                q ə r a r a   a l ı r:

1. Seçicilərin səsverməyə dəvət olunması haqqında bildirişin nümunəsi təsdiq olunsun və Mərkəzi Seçki Komissiyasının 24 sentyabr 2004-cü il tarixli 20/131 saylı Qərarı ilə təsdiq edilmiş seçicilərin səsverməyə dəvət olunması haqqında bildirişin nümunəsi qüvvədən düşmüş hesab edilsin.
2. “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi blanklarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi haqqında” Aktın nümunəsi təsdiq edilsin.
3. Mərkəzi Seçki Komissiyasının 19 avqust 2004-cü il tarixli 14/78 saylı, 2 sentyabr 2004-cü il tarixli 17/109 saylı və 10 noyabr 2004-cü il tarixli 38/596 saylı Qərarları qüvvədən düşmüş hesab edilsin.
4. Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı və 28 avqust 2004-cü il tarixli 16/100 saylı Qərarları ilə təsdiq edilmiş bəzi sənəd formaları qüvvədən düşmüş hesab edilsin (siyahı əlavə olunur).

 

Sədr                                                                                                  Məzahir Pənahov

Müavin                                                                                              Svetlana Qasımova

Katib                                                                                                 Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası