|
aaa
Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar sənəd formalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
Bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar aşağıdakı sənəd formaları təsdiq edilsin:
-
Azərbaycan Respublikası ərazisindəki bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyalar bloku tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi barədə təqdimat;
-
Azərbaycan Respublikası ərazisindəki bələdiyyələrin yarısından çoxunda namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyalar bloku tərəfindən Mərkəzi Seçki Komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün lövhəciyinin nümunəsi;
-
seçki dairəsinin ərazisindəki bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dairə seçki komissiyasının tərkibinə məşvərətçi səs hüquqlu üzvün təyin edilməsi barədə təqdimat;
-
seçki dairəsinin ərazisindəki bələdiyyələrin yarısından çoxunda namizədlər irəli sürmüş siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dairə seçki komissiyasının tərkibinə təyin edilmiş məşvərətçi səs hüquqlu üzvünün lövhəciyinin nümunəsi;
-
Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilmiş lövhəciyin nümunəsi;
-
Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinə verilmiş lövhəciyin nümunəsi;
-
dairə seçki komissiyası tərəfindən siyasi partiya, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilmiş lövhəciyin nümunəsi;
-
dairə seçki komissiyası tərəfindən siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinə verilmiş lövhəciyin nümunəsi.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər:
Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|