. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

aaa

“Azərbaycan Respublikasının bələdiyyə seçkilərində seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında” İzaha sənəd formaları əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq   q ə r a r a     a l ı r:

I. Mərkəzi Seçki Komissiyasının 08 oktyabr 2004-cü il tarixli 22/146 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bələdiyyə seçkilərində seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında” İzaha aşağıdakı sənəd formaları əlavə edilsin:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində seçki bülletenlərinin və zərflərin dairə seçki komissiyası tərəfindən məntəqə seçki komissiyasına verilməsi haqqında” Akt 1 saylı əlavə kimi;
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü istifadə olunmamış seçki bülletenlərinin seçki qutuları açılmazdan əvvəl ləğv edilməsi haqqında” Akt 2 saylı əlavə kimi;
3. “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin verilməsi və istifadə edilməyən vəsiqələrin ləğvi  haqqında“ Aktın nümunəsi təsdiq edilərək 3 saylı əlavə kimi;
4. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında” Akt 4 saylı əlavə kimi;
5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü səs verən vətəndaşların səhvi üzündən korlanıb sıradan çıxmış seçki bülletenlərinin ləğv edilməsi haqqında” Akt 5 saylı əlavə kimi;
6. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 oktyabr 2004-cü il tarixli 22/146 saylı Qərarı ilə təsdiq edilmiş İzahının “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılmış seçki bülletenlərinin sayı haqqında” 1 saylı əlavəsi 6 saylı əlavə hesab edilsin;
7. “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində səsvermə günü  istifadə edilməmiş zərflərin sayı haqqında” Aktın nümunəsi təsdiq edilərək 7 saylı əlavə kimi;
8. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərində yekun seçki sənədlərinin məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında” Arayışın nümunəsi təsdiq edilərək  8 saylı əlavə kimi.

II. Aşağıdakı sənəd nümunələri qüvvədən düşmüş hesab edilsin:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində istifadə edilməmiş qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin ləğv edilməsi haqqında” Akt;
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2004-cü il tarixli 15/92 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkiləri ilə əlaqədar seçki sənədlərinin məntəqə seçki komissiyasından dairə seçki komissiyasına verilməsi haqqında” Akt.

III. İzahın sonuncu abzası aşağıdakı redaksiyada verilsin:

Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına Seçki Məcəlləsinin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt (1 saylı əlavə), istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (2 saylı əlavə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (3 saylı əlavə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt (4 saylı əlavə), səs verən vətəndaşların səhvi üzündən korlanmış seçki bülletenlərinin sayı haqqında akt (5 saylı əlavə), bağlanıb möhürlənmiş zərflər, səsvermə otağından kənarda səs vermək üçün seçicilərin ərizələri ilə əlaqədar götürülmüş, istifadə edilmiş və istifadə edilmədən geri qaytarılan seçki bülletenlərinin sayı haqqında akt (6 saylı əlavə), səsvermə günü  istifadə edilməmiş zərflərin sayı haqqında akt (7 saylı əlavə), bağlanıb möhürlənmiş zərfləri, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün müşaiyəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyası qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.

IV. İzaha aşağıdakı məzmunda sonuncu abzas əlavə edilsin:

Sənədləri təqdim edən məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyası tərəfindən “Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində yekun seçki sənədlərinin məntəqə seçki komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında” Arayış verilir (8 saylı əlavə).

 

Sədr                                                                                Məzahir Pənahov

Müavin                                                                             Svetlana Qasımova

Katib                                                                                Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası