. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

aaa

“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”n dəyişiklik və əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq  q ə r a r a    a l ı r:

1. “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi Qaydaları”nın birinci abzasına aşağıdakı məzmunda dəyişiklik edilsin:
Namizədlərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması müvafiq seçki komissiyası tərəfindən namizədliyin irəli sürülməsini təsdiq edən qərarın qəbul edildiyi gündən başlanır.
2. “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasından ötrü imza vərəqələrinin verilməsi haqqında Akt”ın nümunəsi təsdiq edilsin və 2 saylı əlavə kimi həmin Qaydalara əlavə edilsin.

 

Sədr                                                                                                       Məzahir Pənahov

Müavin                                                                                                   Svetlana Qasımova

Katib                                                                                                      Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası