. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

aaa

“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və
imza vərəqəsinə əlavə edilməli sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” Təlimatın təsdiq edilməsi və
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçici imzalarının toplanması haqqında Yekun Protokolu”nun nümunəsinin
qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a   a l ı r:

1. “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və imza vərəqəsinə əlavə edilməli sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” Təlimat təsdiq edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 15/92 saylı 25 avqust     2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Seçici imzalarının toplanması haqqında Yekun Protokolu”nun nümunəsi qüvvədən düşmüş hesab edilsin.

Sədr                                                                                                      Məzahir Pənahov

Müavin                                                                                                  Svetlana Qasımova

Katib                                                                                                     Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası