|
Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
Mərkəzi Seçki Komissiyasının 14 iyun 2003-cü il tarixli 1/03 saylı qərarı ilə yaradılmış:
- Komissiyanın sədri, Mərkəzi Seçki Komissiyası sədrinin müavini – Svetlana Qasımova;
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Ərazi vahidləri sərhədlərini müəyyənləşdirmə şöbəsinin baş mütəxəssisi Akif Dadaşov;
- Bakı şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə şöbəsinin müdiri Rasim Quliyev;
- Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Ceyhun Qədimov;
- Mərkəzi Seçki Komissiyası Katibliyi Təşkilat şöbəsinin müdiri Zemfira Eminova;
- Mərkəzi Seçki Komissiyası Katibliyi Təşkilat şöbəsinin baş məsləhətçisi Əlibaxış Nəsirov;
- Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzinin direktor müavini Arif Kərimovdan ibarət,
seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilərək komissiyanın üzvü Arif Kamal oğlu Kərimov həmin komissiyanın üzvlüyündən azad edilərək onun əvəzinə “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Alican oğlu Babayev komissiyanın üzvü təyin edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov |