|
Azərbaycan Respublikasının
üçüncü çağırış Milli Məclisinə təkrar seçkilərdə
bəzi şəxslərin saylı 9,42,110,119 saylı seçki
dairələri üzrə namizədliklərinin irəli sürülməsinin
təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 26.2-ci, 28.4-cü, 53.6-cı,
146.1-ci, 146.2-ci və 146.5-ci maddələrinə uyğun
olaraq q ə r a r a a l ı r :
2006-cı il mayın 13-nə təyin edilmiş Azərbaycan
Respublikasının üçüncü çağırış Milli Məclisinə
təkrar seçkilərdə aşağıdakı şəxslərin müvafiq
seçki dairələri üzrə namizədliklərinin irəli sürülməsi
təsdiq edilsin:
9 saylı Binəqədi ikinci seçki dairəsi
üzrə
Yaşar Rəhim oğlu Əhmədov
Səlim Xosrov oğlu Səlimov
Elmira Bağman qızı İsmayılova
Aslan İsrayıl oğlu Şükürov
42 saylı Sumqayıt ikinci seçki dairəsi
üzrə
Elçin Məmməd oğlu Məmməd
Fuad Binnət oğlu Qocayev
Nadir Sabir oğlu Rzayev
Esmira Qaybəli qızı Əzimova
110 saylı Zaqatala seçki dairəsi üzrə
Rəisə Ramazan qızı İsayeva
119 saylı Ağdam kənd seçki dairəsi üzrə
İlqar Əlfi oğlu Qasımov
Asif Millət oğlu Məmmədov
Nüşabə Məhəmmədəli qızı Məmmədova
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov |