|
13 may 2006-cı il tarixdə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilmiş təkrar seçkilərlə əlaqədar
103 saylı Gədəbəy seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı, 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.2-ci, 28.4-cü, 100.12-ci və 170.2.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında İzah”ın tələbinə uyğun olaraq q ə r a r a a l ı r:
13 may 2006-cı il tarixdə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilmiş təkrar seçkilərlə əlaqədar 103 saylı Gədəbəy seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı, 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollar qanunun tələblərinə uyğun tərtib edilmədiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov |