. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

Qanunla müəyyən olunmuş qaydada və müddətdə aidiyyəti üzrə baxılması üçün Yeganə Səftər qızı Əmiraslanova və digərlərinin müraciətnini 103 saylı Gədəbəy, Çingiz Aşralı oğlu Qənizadə, Hicran Cahangir qızı Mehdiyeva və Nigar Almanqızının müraciətlərinin isə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 103 saylı Gədəbəy seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış Yeganə Səftər qızı Əmiraslanova və digərlərinin, 9 saylı Binəqədi ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış Çingiz Aşralı oğlu Qənizadənin (15 may, 17 may və 19 may tarixli), vətəndaşlar Hicran Cahangir qızı Mehdiyeva və Nigar Almanqızının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərinə baxaraq, müraciətlərin araşdırılması qanunun tələbinə əsasən müvafiq dairə seçki komissiyalarının səlahiyyətlərinə aid olduğundan, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq  q ə r a r a     a l ı r :

Qanunla müəyyən olunmuş qaydada və müddətdə aidiyyəti üzrə baxılması üçün Yeganə Səftər qızı Əmiraslanova və digərlərinin müraciəti 103 saylı Gədəbəy, Çingiz Aşralı oğlu Qənizadə, Hicran Cahangir qızı Mehdiyeva və Nigar Almanqızının müraciətləri isə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

Sədr                                                                                                       Məzahir Pənahov

Müavin                                                                                                   Svetlana Qasımova

Katib                                                                                                      Natiq Məmmədov

Üzvlər                                                                                                    Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası