. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

Hökümə Mürşüd qızı İbrahimlinin ərizəsinə baxılması üçün aidiyyəti üzrə 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış Hökümə Mürşüd qızı İbrahimlinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərizəsinə baxaraq, müraciətin araşdırılmasının müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğunu müəyyən etdiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq        q ə r a r a     a l ı r :

Hökümə Mürşüd qızı İbrahimlinin ərizəsi qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

Sədr                                                                                                      Məzahir Pənahov

Müavin                                                                                                  Svetlana Qasımova

Katib                                                                                                     Natiq Məmmədov

Üzvlər                                                                                                    Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov

 


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası