|
Mürşüd Əsəd oğlu Məmmədlinin müraciətlərinə baxılması üçün aidiyyəti üzrə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış Mürşüd Əsəd oğlu Məmmədlinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ünvanladığı 12 may 2006-cı il və 15 may 2006-cı il tarixli müraciətlərinə baxaraq, araşdırma nəticəsində müraciətin müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğunu müəyyən etdiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Mürşüd Əsəd oğlu Məmmədlinin yuxarıda göstərilən müraciətləri qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|