|
Yeni Azərbaycan Partiyasından daxil olmuş müraciətə baxılması üçün aidiyyəti üzrə 42 saylı Sumqayıt ikinci, 69 saylı Cəlilabad – Masallı – Biləsuvar və 110 saylı Zaqatala seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxaraq, müraciətin araşdırılmasının müvafiq dairə seçki komissiyalarının səlahiyyətlərinə aid olduğunu müəyyən etdiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Yeni Azərbaycan Partiyasından daxil olmuş müraciət qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 42 saylı Sumqayıt ikinci, 69 saylı Cəlilabad – Masallı – Biləsuvar və 110 saylı Zaqatala seçki dairələrinin dairə seçki komissiyalarına göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov |