|
31 saylı Suraxanı ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsindən daxil olmuş Akt araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 31 saylı Suraxanı ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş Akta baxaraq, Aktda cinayət əməlinin olması ehtimal edildiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.4-cü, 112.4-cü və 112.9-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
31 saylı Suraxanı ikinci seçki dairəsinin 15 saylı seçki məntəqəsindən daxil olmuş Akt araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|