. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI

 

42 saylı Sumqayıt ikinci seçki dairəsinin 1 saylı seçki məntəqəsindən daxil olmuş Akta baxılması üçün aidiyyəti üzrə 42 saylı Sumqayıt ikinci seçki dairəsinindairə seçki komissiyasına göndərilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 1 saylı seçki məntəqəsindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş məntəqə seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün qanunsuz hərəkətləri barədə Akta baxaraq, görülmüş tədbirlər nəticəsində Aktın araşdırılmasının müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğunu müəyyən etdiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq        q ə r a r a     a l ı r :

42 saylı Sumqayıt ikinci seçki dairəsinin 1 saylı seçki məntəqəsindən daxil olmuş Akt qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

 

Sədr                                                                                                      Məzahir Pənahov

Müavin                                                                                                  Svetlana Qasımova

Katib                                                                                                     Natiq Məmmədov

Üzvlər                                                                                                    Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Tamam Cəfərova

Rövşən İsmayılov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası