|
Çingiz Soltan oğlu Əlinin ərizəsinə baxılması üçün aidiyyəti üzrə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış Ehtiram Soltan oğlu Əlinin səlahiyyətli nümayəndəsi Çingiz Soltan oğlu Əlinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərizəsinə baxaraq, müraciətin araşdırılmasının müvafiq dairə seçki komissiyasının səlahiyyətlərinə aid olduğunu müəyyən etdiyindən, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
Çingiz Soltan oğlu Əlinin ərizəsi qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov |