|
Polad Müseyib oğlu Məhərrəmov və Mirmahmud Mirəli oğlu Fəttayevin ərizələri əsassız olduğundan təmin edilməməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə deputatlığa namizədlikləri qeydə alınmış Polad Müseyib oğlu Məhərrəmov və Mirmahmud Mirəli oğlu Fəttayevin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərizələrinə baxaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
Polad Müseyib oğlu Məhərrəmov və Mirmahmud Mirəli oğlu Fəttayevin ərizələri əsassız olduğundan təmin edilməsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|