|
2005-ci il noyabrın
6-da keçirilmiş seçkilərdə 17 saylı Yasamal üçüncü
seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilmiş Lalə Şövkət
Hacıyeva Azərbaycan Respublikası Konstitusiyasının
89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən
deputat mandatından məhrum edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 28.4-cü, 175.3-cü, 176.1-ci
və 176.3-cü maddələrinə uyğun olaraq q ə r a r
a a l ı r :
2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdə
17 saylı Yasamal üçüncü seçki dairəsindən üçüncü
çağırış Azərbaycan Respublikası Milli Məclisinin
deputatı seçilmiş Lalə Şövkət Hacıyeva Azərbaycan
Respublikası Konstitusiyasının 89-cu maddəsinin
I hissəsinin 5-ci bəndinə əsasən deputat mandatından
məhrum edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|