|
Nigar Almanqızının 06 may 2006-cı il tarixli müraciəti qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, Nigar Almanqızının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətinə baxaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
Nigar Almanqızının 06 may 2006-cı il tarixli müraciəti qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 9 saylı Binəqədi ikinci seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|