|
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının İlkin Mustafayevin 25 aprel 2006-cı il tarixli müraciəti ilə əlaqədar hərəkəti qanunsuz hesab edilməsi və onun Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətinin qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 110 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasına göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası, 110 saylı Zaqatala seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizədliyini irəli sürmüş Elnurə Şaban qızı Mədətovanın səlahiyyətli nümayəndəsi İlkin Mustafayevin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş ərizəsinə baxaraq Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 112-ci maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
1. 110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının İlkin Mustafayevin 25 aprel 2006-cı il tarixli müraciəti ilə əlaqədar hərəkəti qanunsuz hesab edilsin.
2. İlkin Mustafayevin Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciəti qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün aidiyyəti üzrə 110 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|