|
2006-cı il mayın 13-nə təyin edilmiş üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə istifadə olunacaq seçki bülletenlərinin mətn və formasının təsdiqi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.11-ci, 51.3-cü, 99-cu, 166-cı və 28.4-cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1. 2006-cı il mayın 13-nə təyin edilmiş üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərlə əlaqədar 10 seçki dairəsinin sıralanma ardıcıllığına əməl edilməklə və müvafiq seçki dairəsinin nömrəsi göstərilməklə, bir-bir və ardıcıl olaraq nömrələnməklə, namizədlər barəsində məlumatlardan yuxarıda, doldurulması qaydası haqqında izahat verilməklə, nömrə kəsilən yuxarı sol küncündə yerləşdirilməklə, yuxarı sağ küncündə möhür yeri, aşağı sağ küncündə ləğvetmə xətti olmaqla, qeydə alınmış hər bir namizədin əlifba sırası qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü), qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülmüş və qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, eyni (ağ-qara) rəngdə emblemi göstərilməklə, öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülmüş və qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilməklə seçki bülleteninin mətni və forması təsdiq edilsin (forma əlavə olunur).
2. Daimi seçici siyahılarındakı seçicilərin sayı barədə 2006-cı ilin aprel ayının 17-nə olan məlumata əsasən 10 seçki dairəsinin hər biri üzrə seçicilərin sayından 3 faiz artıq olmamaqla cəmi 402.224 ədəd seçki bülleteni hazırlansın və Azərbaycan Respublikası Milli Məclis Aparatının mətbəəsində çap edilsin (seçki dairələri üzrə məlumat əlavə olunur).
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Tofiq Həsənov
İlham Məmmədov
Nizami Nadirov
Azər Tağıyev
Tamam Cəfərova
Rövşən İsmayılov
|