|
2006-cı il mayın 13-nə
təyin edilmiş Azərbaycan Respublikasının üçüncü
çağırış Milli Məclisinə təkrar seçkilərdə bəzi
şəxslərin 9,42,119 saylı seçki dairələri üzrə namizədliklərinin
irəli sürülməsi təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 26.2-ci, 28.4-cü, 53.6-cı,
146.1-ci, 146.2-ci və 146.5-ci maddələrinə uyğun
olaraq q ə r a r a a l ı r :
2006-cı il mayın 13-nə təyin edilmiş Azərbaycan
Respublikasının üçüncü çağırış Milli Məclisinə
təkrar seçkilərdə aşağıdakı şəxslərin müvafiq
seçki dairələri üzrə namizədliklərinin irəli sürülməsi
təsdiq edilsin:
42 saylı Sumqayıt ikinci seçki dairəsi
üzrə
Oqtay Hüseynqulu oğlu Ağayarov
Raqif Nazim oğlu Əsgərov
Səyarə Rövşən qızı Heydərova
119 saylı Ağdam kənd seçki dairəsi üzrə
Rahilə İbrahim qızı Mehtiyeva
9 saylı Binəqədi ikinci seçki dairəsi
üzrə
Nadir Adil oğlu Kəmaləddinov
Ziyadxan Davud oğlu Rüstəmov
Kamran Knyaz oğlu Məhərrəmov
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|