Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının
18/72 saylı
Qərarı ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasında daimi yaşayan,
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
iştirakına dair
TƏLIMAT
1. Bu Təlimat
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı
və Azərbaycan Respublikası Seçki Məcələsinin
(bundan sonra – Seçki Məcəlləsinin) 12 və 14-cü
maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan
Respublikası ərazisində daimi olaraq yaşayan
vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası
Milli Məcləsinə (bundan sonra - Milli Məclisə)
seçkilərdə iştirakına dair qaydaları müəyyən
edir.
2. Seçki Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə
əsasən Azərbaycan Respublikası ərazisində daimi
yaşayan vətəndaşlığı olmayan səxslər aşağıdakı
hallarda seçkilərdə iştirak etmək hüququna malikdırlər:
2.1. Milli Məclisə seçkilərin keçirilməsi günü
(həmin gün də daxil olmaqla) 18 yaşına çatdıqda;
2.2. Milli Məclisə seçkilərin təyin edilməsinədək
(seçkilərin təyin edilməsi ilə də daxil olmaqla)
5 ildən az olmayaraq Azərbaycan Respublikası
ərazisində yaşadıqda.
3. Bu Təlimatın 2-ci bəndində göstərilən tələblərdən
ən azı birinə cavab verməyən şəxslər seçkilərdə
iştirakə buraxılmırlar.
4. Bu Təlimatın 2-ci bəndində göstərilən şəxslər
Milli Məclisə seçkilər zamanı səsvermədə iştirak
etmək halı istisna olmaqla digər seçki hərəkətlərinin
həyata keçirilməsində iştirak edə bilməzlər.
5.Vətəndaşlığı olmayan şəxslərin Milli Məclisə
seçkilərdə iştiraki zamanı onların statusunu
müəyyənləşdirən əsas sənəd 30 dekabr 1997-ci
il tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında daimi yaşayan, vətəndaşlığı
olmayan şəxsləri və əcnəbilərin xüsusi sənədləri
haqqında” Əsasnaməyə müvafiq olaraq Azərbaycan
Respublikası ərazisində istifadə edilməsi üçün
16 yaşina çatdıqdan sonra verilən şəxsiyyət
vəsiqəsidir.
Bundan əlavə hamin şəxsin Azərbaycan Respublikasında
5 ildən az olmayaraq yaşaması müvafiq sənədlərlə
təsdiq olunmalıdır.
6. Bu Təlimatın 2-ci bəndində göstərilən vətəndaşlığı
olmayan şəxslərin müvafiq seçki məntəqəsi üzrə
seçici siyahısına daxil edilməsi Seçki Məcəlləsinin
47.2-ci maddəsinə uyğun olaraq həmin şəxslərin
müvafiq seçki məntəqəsinin ərazisində seçkilərin
elan olunması günündən əvvəlki 12 ayın azı 6
ayı ərzində yaşaması faktına əsasən həyata keçirilir.
Bu fakt vətəndaşlığı olnayan şəxslərin qeydiyyatını
həyata keçirən orqan tərəfindən müəyyən edilir.
7. Azərbaycan Respublikasında 5 ildən az olmayaraq
daimi yaşayan, 18 yaşına çatmış vətəndaşlığı
olmayan şəxlərin siyahısı Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi tərəfindən Seçki Məcəlləsinin
Azərbaycan Respublikasi vətəndaşları üçün nəzərdə
tutulmuş qayda və müddətdə müvafiq dairə seçki
komissiyasına təqdim edilir.
Dairə seçki komissiyası həmin siyahıları səsvermə
gününə azı 35 gün qalmış vətəndaşlığı olmayan
şəxləri yaşayış yeri üzrə məntəqə seçki komissiyallarına
çatdırılmasını təmin edir.
Siyahılar üzrə həmin şəxslərin adlarının dəqqiqləşdirilməsi
və müvafiq düzəlişlərin edilməsi məntəqə seçki
komissiyası tərəfindən də səsvermə gününə azı
35 gün qalmişadək Seçki Məcəlləsində müəyyən
edilmiş qaydada həyata keçirilə bilər.
8. Azərbaycan Respublikası ərazisində 5 ildən
az olmayaraq daimi yaşayan 18 yaşına çatmış
vətəndaşlığı olmayan şəxslərin məntəqə seçki
komissiyaları tərəfindən Seçki Məcəlləsinin
46-cı maddəsində göstərilən qaydada seçicilərin
daimi siyahısına daxil edilir və həmin şəxslərə
seçici vəsiqəsi verilir. Seçicilərin daimi siyahısına
daxil edilərkən vətəndaşlığı olmayan şəxslərin
adlarınin qarşısında seçki komissiyasının katibi
tərəfindən xüsusi qeyd aparılır.
Azərbaycan Respublikası ərazisində 5 ildən az
olmayaraq daimi yaşayan 18 yaşına çatmış vətəndaşlığı
olmayan şəxslərin seçici siyahısına daxil edilməsi,
seçici siyahısından çıxarılması, onlara qeydiyyatdançıxma
vəsiqələrini verilməsi, seçici siyahıları ilə
tanış edilməsi seçki hüququ olan Azərbaycan
Respublikası vətəndaşları üçün Seçki Məcəlləsindən
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
yuxarıda göstərilən məsələlərə həsr edilən Qaydaları,
Əsasnamələri və Təlimatlarında müəyyən edilir.
9. Azərbaycan Respublikası ərazisində 5 ildən
az olmayan müddətdə daimi yaşayan, 18 yaşına
çatmış vətədaşlığı olmayan şəxslər Milli Məclisin
seçkilərdə səsvermə hüququnu həyata keçirən
zaman Azərbaycan Respublikası vətəndaşları ilə
eyni hüquq və vəzifələrə malikdirlər.
10. Vətəndaşlığı olmayan şəxslərin Seçki Məcəlləsində
və bu Təlimatda müəyyən edilən qaydalara riayət
etməməsi Seçki Məcəlləsinin 15.5-ci maddəsinə
əsasən həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə
səbəb olur.