Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 12 iyul 2005-ci il tarixli
16/57 saylı
Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinə
deputat seçkilərində vəkil edilmiş şəxslərin
statusu haqqında
TƏLİMAT
1. Vəkil edilmiş
şəxslərin statusu Azərbaycan Respublikasının
Seçki Məcəlləsinin 72-ci və 152-ci maddələrinə
əsasən müəyyənləşdirilir.
1.1. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış
namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin
etmək hüququ vardır;
1.2. Vəkil edilmiş şəxslərin təyin edilməsi
barədə deputatlığa qeydə alınmış namizədin yazılı
ərizəsi (1 saylı əlavə), o cümlədən vəkil edilmiş
şəxslərin 2 ədəd 3x4 ölçüdə fotoşəkil əlavə
edilmiş razılıq ərizələri (2 saylı əlavə) daxil
olduğu gündən başlayaraq 3 gün müddətində həmin
şəxslər dairə seçki komissiyası tərəfindən qeydə
alınırlar və onlara vəsiqə verilir (3 saylı
əlavə);
1.3. Ərizədə vəkil edilmiş hər bir şəxsin soyadı,
adı, atasının adı, doğum tarixi, əsas iş və
ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda
– fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət
vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası,
nömrəsi və verilmə tarixi göstərilir;
1.4. Müvafiq seçki komissiyası tərəfindən həmin
şəxsə onun statusunu müəyyən etməyə imkan verən,
soyadı, adı, atasının adı göstərilmiş və fotoşəkili
olan lövhəcik verilir (4 saylı əlavə). Səsvermə
günü səsvermə otağında olarkən vəkil edilmiş
şəxsin həmin lövhəciyi olmalıdır.
1.5. Qeydə alınmış namizəd dairə seçki komissiyasını
xəbərdar etməklə təyin edilmiş şəxsləri istənilən
vaxt geri çağıra və onların əvəzinə başqalarını
təyin edə bilər. Belə xəbərdarlıq olduqda, vəkil
edilmiş şəxsin vəsiqəsi ləğv edilir. Vəkil edilmiş
şəxs onu təyin edən subyekti xəbərdar etməklə,
ona verilmiş vəsiqini istənilən vaxt öz təşəbbüsü
ilə müvafiq seçki komissiyasına qaytararaq öz
səlahiyyətlərindən imtina edə bilər.
1.6. Siyasi partiya, siyasi partiyalar blokunun
vəkil edilmiş şəxslərin təyin edilməsi barədə
təqdimatı (5 saylı əlavə) və vəkil edilmiş şəxslərin
2 ədəd 3x4 ölçüdə fotoşəkil əlavə edilmiş razılıq
ərizələri də (6 saylı əlavə) daxil olduğu gündən
başlayaraq 3 gün müddətində həmin şəxslər müvafiq
dairə seçki komissiyası tərəfindən qeydə alınırlar
və onlara vəsiqə verilir (7 saylı əlavə).
1.7. Müvafiq seçki komissiyası tərəfindən həmin
şəxsə onun statusunu müəyyən etməyə imkan verən,
soyadı, adı, atasının adı göstərilmiş və fotoşəkili
olan lövhəcik verilir (8 saylı əlavə). Səsvermə
günü səsvermə otağında olarkən vəkil edilmiş
şəxsin həmin lövhəciyi olmalıdır.
1.8. Siyasi partiyaların, siyasi partiyalar
blokunun vəkil edilmiş şəxsləri müvafiq olaraq
siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların
və ya siyasi partiyalarının nümayəndələrinin
birgə iclasının qərarı yaxud onların qurultayı,
konfransı və ya rəhbər orqanın iclasının qərarı
ilə təyin edilirlər.
Siyasi partiyanın, siyasi partiyalar blokunun
vəkil edilmiş şəxsləri öz funksiyalarını onun
səlahiyyətini, soyadını, adını, atasının adını,
doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən sənədin seriya və nömrəsini, yaşayış
yerinin ünvanını, iş yerini, vəzifəsini və ya
xidməti vəzifəsini (bunlar olmadıqda – fəaliyyət
növünü) əks etdirən yuxarıda göstərilən qərar
əsasında həyata keçirir.
1.9. Siyasi partiyaların, siyasi partiyalar
blokunun təyin etdikləri vəkil edilmiş şəxslərin
siyahıları Mərkəzi Seçki Komissiyasına və eyni
zamanda dairə seçki komissiyalarına da təqdim
edilir (9 və 10 saylı əlavələr).
Siyasi partiyaların, siyasi partiyalar bloklarının
vəkil etdikləri şəxslərin siyahısında vəkil
edilmiş şəxslərin hər birinin soyadı, adı, atasının
adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və
ya onu əvəz edən sənədin seriyası, nömrəsi və
verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas
iş yeri və vəzifəsi (bu olmadıqda – fəaliyyət
növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi
Seçki Komissiyasına təqdim edilmiş müvafiq siyahıya
hər bir şəxsin vəkil olmağa razılığı barədə
yazılı ərizəsi əlavə edilməlidir.
1.10. Siyasi partiyaların, siyasi partiyalar
blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı
formada xəbərdar etməklə vəkil edilmiş şəxsin
səlahiyyətlərinə xitam verilə bilər; bu barədə
qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına
və dairə seçki komissiyalarına göndərilməlidir.
2. Vəkil edilmiş şəxslərin aşağıdakı hüquq və
vəzifələri vardır:
- qeydə alınmış namizədin seçkiqabağı təşviqat
kampaniyasında iştirak etmək;
- deputatlığa namizədin seçicilərlə görüşlərinin
keçirilməsi üçün yer ayrılması barədə müvafiq
icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət
etmək;
- seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi
üçün ayrılmış yerlərin siyahısını dairə seçki
komissiyasından almaq;
- hərbi hissələrin yeriəşdiyi ərazinin hüdudlarında
hərbi qulluqda olan seçicilərlə görüşləri, hərbi
hissə komandirinin dairə seçki komissiyası ilə
birlikdə belə görüşün keçirilməsini təyin etdikləri
günə azı 3 gün qalanadək, müvafiq seçki dairəsi
üzrə qeydə alınmış bütün namizədlərin, namizədləri
qeydə alınmış bütün siyasi partiyaların, siyasi
partiya bloklarının mütləq dəvət edilməsi və
ya onlara xəbər verilməsi şərtilə təşkil etmək;
- seçki komissiyalarının iclaslarında, habelə
səslərin hesablanmasında, dairə və məntəqə seçki
komissiyalarında seçki bülletenləri, seçici
siyahıları, səsvermə üçün qeydiyyatdançıxma
vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları
haqqında protokollarla müvafiq işin aparılmasını
müşahidə etmək və onlarla tanış olmaq, seçki
komissiyalarının qərarlarının və digər seçki
sənədlərinin (seçici siyahıları, səsvermə üçün
qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenleri
və imza vərəqələri istisna olmaqla) surətini
almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin
həyata keçirilməsini müşahidə etmək;
- müşahidəçi qismində seçkilərin gedişini izləmək
;
- seçici siyahıları ilə tanış olmaq;
- səsvermə günü istədiyi vaxt müvafiq seçki
məntəqəsinin səsvermə otağında olmaq;
- seçicilərə seçki bülletenlərinin qoyulması
üçün zərflərin və seçki bülletenlərinin verilməsini
müşahidə etmək;
- səsvermə yerindən kənarda seçicilərin səs
verməsini müşahidə etmək;
- seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin,
ləğv edilmiş
seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
- müşahidənin nəticələrinin seçki komissiyasının
protokoluna əlavə olunmasını tələb etmək;
- müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən
məsafədən seçicilərin səslərinin hesablanmasına,
seçicilərin səsləri hesablanarkən seçki bülleteninin
qoyulması üçün zərfə, doldurulmuş və ya doldurulmamış
hər bir seçki bülleteninə səsin etibarlığını
yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri
və seçkilərin yekunları haqqında seçki komissiyasının
protokolu və digər sənədlərlə tanış olmaq;
- səsvermənin təşkili ilə əlaqədar təklif və
iradlarla məntəqə seçki komissiyasının sədrinə,
o olmadıqda isə onu əvəz edən şəxsə müraciət
etmək;
-seçki komissiyalarının sənədlərinin, o cümlədən
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolların, səsvermə günü seçki
komissiyasının işə başladığı və seçki qutularının
möhürləndiyi andan seçki komissiyaları tərəfindən
səsvermənin nəticələri haqqında protokolların
qəbul edilməsinədək seçki komissiyaları tərəfindən
tərtib edilmiş və ya onlara daxil olmuş qoşma
sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini
haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə
nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən
müəyyən edilən haqq ödənilməklə çıxarmaq və
ya almaq, səsvermədə iştirak edən şəxslərin
siyahısı ilə tanış olmaq;
- bütün seçki komissiyalarında seçki hərəkətlərinin
həyata keçirilməsinin, səsvermənin nəticələrinin
və seçkilərin yekunlarının müəyyənləşdirilməsini,
səsvermənin nəticələri və seçkilərin yekunları
haqqında protokolların tərtib olunmasını, habelə
səslərin hesablanmasını, yenidən hesablanmasını
müşahidə etmək və səslərin paralel hesablanmasında
iştirak etmək;
- Mərkəzi Seçki Komissiyasının qərarından, onun
vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən
məhkəməyə müraciət etmək;
- onu təyin edən namizədi, habelə siyasi partiyanı,
siyasi partiyalar
blokunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni
istənilən vaxt öz
təşəbbüsü ilə dairə seçki komissiyasına qaytararaq,
səlahiyyətlərindən imtina etmək;
- qanunla qadağan edilməyən digər hərəkətlər.
3. Vəkil edilmiş şəxslər tərəfindən aşağıdakı
hərəkətlərin edilməsi qadağandır:
- dövlət və bələdiyyə orqanlarında müəyyən vəzifə
tutan vəkil
edilmiş şəxslərin seçkilərin gedişi zamanı öz
vəzifə və xidməti
mövqelərindən istifadə etməsi;
- səsvermə günü seçki komissiyası üzvlərinın
öz səlahiyyətlərini
həyata keçirməsinə mane olmaq, seçiciləri bu
və ya digər
namizədə səs verməyə məcbur etmək;
- seçiciyə necə səs verəcəyi və ya necə səs
verdiyi barədə suallar
vermək;
- seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni
alınması haqqında
imza etmək;
- seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
- digər namizədin, siyasi partiyanın dəstəklənməsinə
yönəldilən və dəstəklənməsi kimi qiymətləndirilə
bilən hərəkətlər ve çağırışlar
etmək;
- müvafiq seçki komissiyasının qərarlarının
qəbul olunmasına müdaxilə etmək;
- seçki komissiyalarının işinə maneə törədən
hərəkətlər etmək;
- səsvermə günü seçicilər arasında təşviqat
aparmaq;
- müvafiq seçki komissiyasının qərarlarının
qəbul olunmasına müdaxilə etmək;
- seçicilərin suallarına cavab vermək (öz statusu
ilə bağlı suallar istisna olmaqla);
- yuxarıda qeyd edilən tələblərə riayət etməyən
şəxslən qeydiyyatı onu qeydə almış seçki komissiyasının
müraciəti əsasında müvafiq məhkəmə tərəfindən
ləğv edilə bilər;
- qanunla qadağan edilmiş digər hərəkətlər etmək.
4. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq
seçki komissiyasının onları qeydə aldığı gündən
başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi
dərc edilməsi günündən gec olmayaraq, habelə
Seçki Məcələsinin pozulması barədə şikayət üzrə
məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun
qərarının qəbul edilməsi günündən gec olmayaraq,
həmin Məcəllənin 72.4-cü maddəsində göstərilən
hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin,
siyasi partiyanın və ya siyasi partiyalar blokunun
statusunun itirilməsi ilə başa çatır.