Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci
il tarixli 13/39
saylı Qərarı ilə təsdiq edilmişdir.
Könüllü
qeydiyyat depozitinin köçürülməsi və qaytarılması
qaydaları haqqında
TƏLİMAT
1. Könüllü qeydiyyat
depozitinin köçürülməsi və qaytarılıb-qaytarılmaması
qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin
58.5-ci, 60.5-ci, 73.2-ci, 156.1-ci maddələri
ilə və bu Təlimatla tənzimlənir.
1.1. Azərbaycan Respublikasının Milli Məclisi
deputatlığına namizədin (bundan sonra - deputatlığa
namizəd) qeydə alınması üçün imza vərəqələri
və digər seçki sənədləri təqdim edilərkən, eyni
zamanda,qeydiyyatı həyata keçirən müvafiq dairə
seçki komissiyasının hesabına namizədin seçki
fondu vəsaitinin Seçki Məcəlləsinin 156.1-ci
maddəsinə əsasən seçkilərin təyin edilməsi haqqında
qərarın rəsmi dərc edildiyi günə müəyyənləşdirilən
yuxarı həddinin, yəni şərti maliyyə vahidinin
75 min mislinin Seçki Məcəlləsinin 58.5-ci maddəsində
göstərilən 3 faizi məbləğində, könüllü qeydiyyat
depozitinin köçürülməsi barədə bank sənədi təqdim
edilə bilər. Həmin sənəddə ödənişin təyinatı,
yəni "qeydiyyat depoziti üçün"sözləri
yazılmalıdır.
1.2. Könüllü qeydiyyat depoziti qeydiyyatı həyata
keçirən seçki komissiyasının bank hesabına köçürülərkən
deputatlığa namizədin, siyasi
partiyanın, siyasi partiyalar blokunun seçki
fondundan istifadə edilə
bilməz.
2. Deputatlığa namizəd qeydə alınmazsa, qeydiyyatdan
imtina
haqqında qərarın surətini aldıqdan sonra 3 gün
müddətində namizəd,
namizədi irəli sürmüş siyasi partiyanın rəhbər
orqanı, siyasi partiyalar blokunun nümayəndələrinin
iclası könüllü qeydiyyat depozitinin geri qaytarılmaması
şərtilə deputatlığa namizədin müvafiq dairə
seçki komissiyası tərəfindən qeydə alınması
barədə müraciət (namizədin soyadı, adı, atasının
adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,
deputatlığa namizədin təsdiq edilməməsi barədə
qərarın tarixi və nömrəsi göstərilməklə) edə
bilər.
2.1. Bu halda, dairə seçki komissiyası deputatlığa
namizədi 2 gün
müddətində qeydə alır. Bütün digər hallarda,
könüllü qeydiyyat depoziti
dairə seçki komissiyası tərəfindən qeydə alınmaq
və qeydiyyatdan imtina
etmək haqqında müvafiq qərarın qəbul edilməsindən
3 gün müddətində
namizədə, namizədi irəli sürmüş siyasi partiyaya,
siyasi partiyaların
blokuna qaytarılır.
2.2. Namizəd Milli Məclisin deputatı seçilərsə
və seçicilərin etibarlı hesab edilən səslərinin
azı 3 faizini toplayarsa, qeydiyyat depoziti
seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən
sonra 3 gün müddətində müvafiq dairə seçki komissiyası
tərəfindən namizəd olmuş şəxsə qaytarılır. Deputatlığa
namizəd seçicilərin etibarlı hesab edilən səslərinin
azı 3 faizini toplaya bilməzsə, könüllü qeydiyyat
depoziti geri qaytarılmır.
2.3. Qeydə alınmış deputatlığa namizədin məhkəmə
tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab
edilərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsində
nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı
tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya
iştirakını mümkünsüz edən səbəblər nəticəsində
seçki kampaniyası dövründə sağlamlığının pozulması,
habelə siyasi partiyanın, siyasi partiyalar
blokunun onu geri çağırmasına məcburedici əsaslar
olmadan namizədliyini geri götürdüyü hallarda
könüllü qeydiyyat depoziti geri qaytarılmır.
________
Qeyd: Qeydiyyat
depoziti yalnız namizədin müdafiəsi üçün toplanmış
etibarlı imzaların sayı namizədin qeydə alınması
üçün kifayət etmədikdə bu Təlimatın 2.1-ci bəndində
göstərilən qeydiyyat üçün əsas ola bilər.