|
Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırma
nəticəsində müəyyən edilən cinayət ehtimalı olan
materialların araşdırılması üçün Azərbaycan Respublikasının
Baş Prokurorluğuna göndərilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25-ci, 28.4-cü
və 112.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r:
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası tərəfindən araşdırma nəticəsində
müəyyən edilən cinayət ehtimalı olan materiallar
(15 saylı Yasamal birinci seçki dairəsinin 9,
21, 27 saylı seçki məntəqələri, 43 saylı Sumqayıt
üçüncü seçki dairəsinin 9, 11, 13, 14, 19, 21,
34, 37, 38 saylı seçki məntəqələri, 44 saylı Sumqayıt
– Abşeron seçki dairəsinin 12, 13, 17, 19 saylı
seçki məntəqələri, 45 saylı Abşeron seçki dairəsinin
35, 36 saylı seçki məntəqələri, 54 saylı Dəvəçi
– Siyəzən seçki dairəsinin 49, 51 saylı seçki
məntəqələri, 77 saylı Astara seçki dairəsinin
25, 34 saylı seçki məntəqələri, 95 saylı Tərtər
seçki dairəsinin 19, 23, 28 saylı seçki məntəqələri,
103 saylı Gədəbəy seçki dairəsinin 7, 30 saylı
seçki məntəqələri, 125 saylı Zəngilan – Qubadlı
seçki dairəsinin 10, 20 saylı seçki məntəqələrinin
səsvermənin nəticələri haqqında məntəqə seçki
komissiyalarının protokollarının surətləri) araşdırılması
üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna
göndərilsin.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Xanmurad Əhmədov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Arzuxan Əlizadə
|