. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI (Milli Məclis – 2005)

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi zamanı fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə bəzi seçki dairələrinin məntəqələrinin məntəqə seçki komissiyalarının buraxılması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi zamanı fəaliyyətlərində yol verdikləri ciddi nöqsanlara görə 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5, 7, 9, 10, 13, 14, 18, 20, 21, 22, 25 saylı seçki məntəqələri, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 2, 3, 4, 6, 7, 8, 9, 10, 23, 25, 26, 27, 29 saylı seçki məntəqələri, 15 saylı Yasamal birinci seçki dairəsinin 9, 21, 27 saylı seçki məntəqələri, 21 saylı Nəsimi birinci seçki dairəsinin 5, 6 saylı seçki məntəqələri, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 8, 13, 17, 18, 20, 22, 23, 24, 25, 28 saylı seçki məntəqələri, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 2, 4, 7, 8, 9, 14, 16, 17, 21, 22, 24 saylı seçki məntəqələri, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 1, 3, 4, 5, 8, 11, 16, 17, 18, 19, 20, 21, 23, 24, 32, 36 saylı seçki məntəqələri, 45 saylı Abşeron seçki dairəsinin 35, 36 saylı seçki məntəqələri, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 6, 9, 18, 30 saylı seçki məntəqələri, 95 saylı Tərtər seçki dairəsinin 13, 23, 28 saylı seçki məntəqələri, 103 saylı Gədəbəy seçki dairəsinin 2, 4, 7 saylı seçki məntəqələri, 110 saylı Zaqatala seçki dairəsinin 1, 2, 6, 8, 10, 15, 17, 19, 20, 22, 24, 25, 26, 31, 33, 34, 36, 37, 40 saylı seçki məntəqələri, 119 saylı Ağdam kənd seçki dairəsinin 5, 6, 8, 18, 25 saylı seçki məntəqələri, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin 10, 11, 15, 20 və 29 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Arzuxan Əlizadə


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası