|
Azərbaycan Respublikasının
üçüncü çağırış Milli Məclisinə seçkilərin hazırlanması
və keçirilməsi zamanı fəaliyyətlərində yol verdikləri
ciddi nöqsanlara görə 9 saylı Binəqədi ikinci,
38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt
ikinci, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd
və 125 saylı Zəngilan – Qubadlı seçki dairələrinin
dairə seçki komissiyalarının buraxılması barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 25-ci
və 28.4-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan
Respublikasının 27 may 2003-cü il tarixli Qanununun
3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə
r a r a a l ı r:
Azərbaycan Respublikasının üçüncü
çağırış Milli Məclisinə seçkilərin hazırlanması
və keçirilməsi zamanı fəaliyyətlərində yol verdikləri
ciddi nöqsanlara görə 9 saylı Binəqədi ikinci,
38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt
ikinci, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd
və 125 saylı Zəngilan – Qubadlı seçki dairələrinin
dairə seçki komissiyaları buraxılsın.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Katib Natiq Məmmədov
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Xanmurad Əhmədov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Arzuxan Əlizadə
|