. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar qanunla müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayət və müraciətlər qanunvericiliyə müvafiq surətdə həll edilmiş hesab olunması barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.4-cü və 112.1 – 112.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə və “Seçki komissiyalarına daxil olmuş seçki hüquqlarının pozulması haqqında şikayət və müraciətlərə baxılması qaydalarına dair Təlimat”a uyğun olaraq q ə r a r a a l ı r:

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar qanunla müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayət və müraciətlər qanunvericiliyə müvafiq surətdə həll edilmiş hesab olunsun.

Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə

Arzuxan Əlizadə


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası