. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 06 noyabr 2005-ci ildə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş seçkilərin ümumi yekunları haqqında protokol və dairə seçki komissiyalarının protokolları onlara əlavə edilən sənədlərlə birlikdə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 108.2-ci, 108.3-cü, 177.1 – 171.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikası Qаnununun 3.5-ci və 3.6-cı maddələrinə əsasən Mərkəzi Seçki Komissiyası q ə r a r a a l ı r :

Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 06 noyabr 2005-ci ildə keçirilmiş seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilmiş seçkilərin ümumi yekunları haqqında protokol və dairə seçki komissiyalarının protokolları onlara əlavə edilən sənədlərlə birlikdə seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilsin.


Sədr Məzahir Pənahov

Müavin Svetlana Qasımova

Katib Natiq Məmmədov

Üzvlər Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Xanmurad Əhmədov

Azər Tağıyev

İlham Məmmədov

Yusif Bağırzadə


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası