|
6 noyabr 2005-ci il
tarixdə azərbaycan respublikasinin milli məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 66 sayli Biləsuvar
seçki dairəsinin 14, 21, 35 və 36 sayli seçki
məntəqələri üzrə səsvermənin nəticələrinə dair
protokollar qanunun tələblərinə uyğun tərtib edilmədiyindən,
habelə yol verilən qanun pozuntulari seçicilərin
iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən
həmin məntəqələr üzrə səsvermənin nəticələrinin
etibarsiz hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 66 saylı Biləsuvar seçki dairəsinin 14,
21, 35 və 36 saylı seçki məntəqələri üzrə səsvermənin
nəticələrinə dair protokollar qanunun tələblərinə
uyğun tərtib edilmədiyindən, habelə yol verilən
qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə
imkan vermədiyindən həmin məntəqələr üzrə səsvermənin
nəticələri etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|