|
6 noyabr 2005-ci il
tarixdə azərbaycan respublikasinin milli məclisinə
keçirilmiş seçkilərlə əlaqədar 30 sayli suraxani
birinci seçki dairəsinin 11, 13, 26 və 27 sayli
seçki məntəqələri üzrə səsvermənin nəticələrinə
dair protokollar qanunun tələblərinə uyğun tərtib
edilmədiyindən, habelə yol verilən qanun pozuntulari
seçicilərin iradəsini müəyyənləşdirməyə imkan
vermədiyindən həmin məntəqələr üzrə səsvermənin
nəticələrinin etibarsiz hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ
Q Ə R A R I
Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyası Azərbaycan Respublikası Seçki
Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü,
100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası
Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə
minməsi haqqında Azərbaycan Respublikasının 27
may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı
maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:
6 noyabr 2005-ci il tarixdə Azərbaycan
Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar 30 saylı Suraxanı birinci seçki dairəsinin
11, 13, 26 və 27 saylı seçki məntəqələri üzrə
səsvermənin nəticələrinə dair protokollar qanunun
tələblərinə uyğun tərtib edilmədiyindən, habelə
yol verilən qanun pozuntuları seçicilərin iradəsini
müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqələr
üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
Sədr Məzahir Pənahov
Katib Natiq Məmmədov
Katib Vidadi Mahmudov
|