. : MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI(Milli Məclis – 2005)

6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar 47 saylı Mingəçevir seçki dairəsinin 10 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokol qanunun tələblərinə uyğun tərtib edilmədiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLIKASI
MƏRKƏZI SEÇKI KOMISSIYASININ

Q Ə R A R I

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.22-ci, 28.4-cü, 100.12-ci və 170.2.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin təsdiq edilməsi və qüvvəyə minməsi haqqında Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq q ə r a r a a l ı r:

6 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar 47 saylı Mingəçevir seçki dairəsinin 10 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokol qanunun tələblərinə uyğun tərtib edilmədiyindən, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyindən həmin məntəqə üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

Sədr Məzahir Pənahov

Katib Natiq Məmmədov

Katib Vidadi Mahmudov


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası